“Mossad” açıqlama yaydı:“Vurulan binamızda heç kim yoxdur, hamımız İrandayıq”

 
18-06-2025, 11:30            24 dəfə baxılıb
vurulan-binamizda-hec-kim-yoxdur-hamimiz-irandayiq
İran ordusu İsrailin “Mossad”a məxsus hərbi kəşfiyyat mərkəzini vurduğunu bildirib.
Bu haqda İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik açıqlama verib:
“Sionist rejimin kəşfiyyat mərkəzi, amerikalıların kömək etdiyi düşmənin ağır müdafiə təbəqələrinə baxmayaraq, izlənilməsi mümkün olmayan raketlə vurulub”.
“Mossad” isə “X” səhifəsində paylaşım edərək məlumatı təsdiqləyib, lakin İrana satirik cavab verib:
“İran bildirir ki, onlar bizim binamızı vurublar. Bəli, bu doğrudur. Bina zərər görüb amma içində heç kim olmayıb. Çünki hamımız hazırda İrandayıq”.







Xəbəri paylaş


 
 


Xəbər lenti