"Umico"dan məhsul alarkən yaxşı düşünün - ŞİKAYƏT



Vətəndaş qaytarılma sorğusunda aldığı məhsulun açılmasına icazə vermədiyini və məhsulun yenisi ilə əvəz edilməsini istədiyini vurğulayır. Bu müddətdə kreditlə alınan məhsulun ilk ayının ödənişi də olunur. Amma vətəndaş artıq ödənişin növbəti ayı yaxınlaşsa da, hələ məhsuldan xəbər çıxmadığını və istifadə edə bilmədiyi mala görə pul ödədiyini söyləyir. "Umico" operatorları ilə hər gün əlaqə saxlanılır, lakin bu gün, sabah deyilərək müştəri "yola verilir".
Mövcud vəziyyətdən bezən vətəndaş artıq əsəbdən nə edəcəyini, hara müraciət edəcəyini bilməyir və yeganə çıxış yolu "Umico" operatorları olur. Operatorların cavabı isə belədir:
"Bizlik deyil. Tərəfdaş şirkət cavab verəndə sizinlə əlaqə saxlanılacaq".
Müştəri isə tərəfdaş şirkəti tanımadığını və satış təmsilçisi kimi "Umico"nun məsuliyyət daşıdığını söyləyir. Uzun çək-çevirdən sonra tərəfdaş deyilən servisin nömrəsini ala bilən müştəri servis ilə əlaqə saxlayır və servisdən deyilir:
"Bu dəqiqə baxıb sizə məlumat veririk... Baxdıq, bəli məhsulda fabrik xətası var. İstəyirsiniz yenisi verək, istəmirsinizsə, pulunuzu qaytaraq".
Və əslində vaxtında məşğul olunsa, 2 dəqiqə vaxt alacaq prosesə görə 2 həftə gözləyən vətəndaş məhsulun yenisinin göndərilməsini istəyir. Burada isə növbəti çıxılmaza girilir. 3 iş günü içində təhvil verilməli olan mal 5 iş günü keçsə də, nə çatdırlır, nə də müştəri ilə əlaqə saxlanılır. Yenidən operatorlarla dalaşan vətəndaş son çarə kimi servislə əlaqə saxlayır. Onların da təkidi ilə məhsul nəhayət kuryerə təhvil verilir. Servisdən isə "Biz məhsulu təhvil verdik. "Umico"dan malınızı istəyin" deyilir.
Və təbii ki, yenə kuryerdən səs çıxmadığından müştəri "Umico"ya zəng vurur və artıq məhsulu istəmədiyini, geri qaytardığını bildirir. Yalnız bundan sonra dərhal əlaqə saxlanılır və axşam saat 8-də müştərinin məhsulu təhvil verilir.
Əgər siz də belə yorucu proseslə vaxt itirmək istəmirsinizsə, məhsul alarkən haradan aldığınıza diqqət edin.
Xəbəri paylaş