“Yeni Qalaaltı Hotel Company” məcburi auditdən yayınır – CƏRİMƏ
29-10-2024, 12:33 113 dəfə baxılıb
“Yeni Qalaaltı Hotel Company” MMC ilə bağlı cərimə protokolu imzalanıb.
Otelin İnzibati Xətalar Məcəlləsinin sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Yeni Qalaaltı Hotel Company” ilə bağlı iş baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. 4 noyabr tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnən 5 ulduzlu “Yeni Qalaaltı Hotel Company” “PMD Hospitalty”MMC-yə daxildir. Otelin baş meneceri (rəhbər) Nazim Süleymanov Fərman oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq./Tribunainfo.az/
Xəbəri paylaş