Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət



SHXÇDX vətəndaşın müraciətinə cavabında bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən 20.11.2024-cü ildə təkrar müayinə təyin olunub, bu ilin yanvarında Turan Talıbov Suraxanı hərbi komissarlığına dəvət olunub və aidiyyatı tibb məntəqələri tərəfindən tərtib olunan qərar qəbul ediləcək. Qurum əlavə edib ki, aparılan təhqiqat nəticəsində Suraxanı hərbi komissarlığının əməkdaşlarının fəaliyyətində qanun pozuntusuna yol verilmədiyi müəyyən olunub. Bu cavab təşkilati nəzarət baş idarəsinin rəisi Əziz Hidayev tərəfindən verilib. Amma Suraxanı hərbi komissarlığının əməkdaşlarının qanun pozuntusuna yol vermədiyini qeyd etmək, mədəni şəkildə söyləsək, absurddur. Çünki uşağın fotosunu və kağızı cırıb atıblar. Bu, özbaşınalıq, qanun pozuntusudur.
Sadəcə, Mürsəl İbrahimovun rəhbərliyi dövründə bu xidmət daha bərbad hala düşüb. Ən azından Suraxanı rayon hərbi komissarlığının həkimlərinin xəstə uşaq haqda sağlam rəy verməsi bunu təsdiqləyir. Ona görə də Turan Talıbovun atası Azər Talıbov bu rəyi məişət tullantısı hesab edir: “Turan Talıbova “14 B” diaqnozu qoyulub və ona nevropotoloq yox, məhz psixiatr baxır. Ona görə də onların sənədinə qol çəkmədim və verilən qanunsuz rəyə etiraz olaraq kağızı əllərindən alıb çıxdım. Sonra bu haqda məktub yazdım, indi gələn cavabdan da görünür ki, Xidmət rəhbərliyi Suraxanı hərbi komissarlığının əməkdaşlarını qoruyur, onların tərəfini saxlayır. Hərçənd, onların hərəkəti, davranışı qanun pozuntusudur. Belə aydın olur ki, Mürsəl İbrahimovun idarəsi haqsız da olsa, öz əməkdaşlarını müdafiə edir”.
A.Talıbov gözləyir ki, bu məsələləri üzə çıxdıqdan sonra aidiyyatı üzrə obyektiv rəy veriləcək və Turanın xəstəliyi əsasında qərar qəbul olunacaq. O, oğlunun məsələsi ilə bağlı yol verilən bu özbaşınalığa son qoyulması üçün Prezident İlham Əliyevdən kömək istəyib.
AnaXeber.info
Xəbəri paylaş