AFFA qalmaqallı matçla bağlı açıqlama yaydı



“Qafqazinfo” xəbər verir ki, milli assosiasiya matçda yaşananların araşdırıldığını bildirib:
“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar vQeyd edək ki, qarşılaşmanın 69-cu dəqiqəsində “Vətən”in inzibatçısı “Neftçi”nin baş məşqçisi Asif Ələsgərovu başla vurub. Nəticədə məşqçinin burnu sınıb. Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xəbəri paylaş