"Yeni Klinika" əməkdaşlarının maaşları verilmir

 
13-03-2025, 13:11            38 dəfə baxılıb
“Yeni Klinika”nın əməkdaşları maaşlarının gecikməsindən şikayətçidirlər.
Bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.
“Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əmək haqqını almamışıq. Maaşlarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Bu isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur”.
“Yeni Klinika”nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova sözügedən mövzu ilə bağlı sorğunu cavabsız qoyub.



Xəbəri paylaş


 
 


Xəbər lenti