Estetik klinikada ölüm: Klinika rəhbəri jurnalisti təhqir etdi

 
25-04-2025, 12:24            17 dəfə baxılıb
Xəbər verdiyimiz kimi, Azərbaycanda “Gül Əliyeva” kimi tanınan Gülsüm Əliyeva rəsmi tibbi təhsilə malik olmadan estetik əməliyyatlar aparmaqda ittiham olunur. Jurnalist Qənirə Ataşovanın paylaşımına və əldə olunan sənədlərə əsasən, Gülsüm Əliyevanın Gəncə şəhərində yerləşən VMR Estetik Klinikasında liposaksiya əməliyyatı apardığı və nəticədə Gülbəniz Bayramova adlı şəxsin vəfat etdiyi bildirilir.
Əyalətmedia.az axar.az-a istinadən xəbər verir ki, “VMR Medical Center” rəhbəri Vüsal Hüseynov (həmçinin Gülsüm Əliyevanın həyat yoldaşıdır) bu iddialara cavab olaraq öz sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda Hüseynov jurnalist Qənirə Ataşovanı təhqir edib və onun paylaşımını “təxribat” adlandırıb.
Qeyd edək ki, jurnalist Qənirə Ataşova bu məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına və ABŞ hökumətinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, Vüsal Hüseynov bir müddət əvvəl də ailəsi haqqında yayılan təhqiramiz videoların müəllifidir və hazırda onun və övladlarının həyatına birbaşa təhdid yaradıb. Ataşova Vüsal Hüseynovun özünü “qanuni oğrularla əlaqəli iş adamı” kimi təqdim edərək, oğullarını öldürəcəyi ilə hədələdiyini iddia edib.



Xəbəri paylaş


 
 


Xəbər lenti