Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO

 
26-04-2025, 21:27            18 dəfə baxılıb
 Evimiz var, amma evimizdə rahatlığımız yoxdur”.

Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində “Viləşçay-İnşaat” MTK-nın inşa etdiyi binada yaşayan sakinlər belə iddia edirlər.
Binada 250 ailə yaşayır. Sakinlər bildirirlər ki, rəsmi olaraq mənzillər onların şəxsi mülkiyyətidir, lakin MTK rəhbərinin ora təyin etdiyi yaxınları, binaları qeyri-rəsmi şəkildə idarə edir və sakinlərdən qanunsuz olaraq xidmət haqqı yığır. Üstəlik, bu xidmət haqqına uyğun heç bir real xidmətin göstərilmədiyi iddia olunur.
Sakinlər deyirlər ki, binada yaranmış kommunal problemlərə vaxtında reaksiya verilmir. Əvəzində isə hər ay “xidmət haqqı” adı altında vəsait toplanır.
MTK-nın təsisçisi İsrafil Hüseynov isə iddialarla razılaşmır. O, bütün bu narazılıqları “əsassız” adlandırır.
Sakinlər səlahiyyətli qurumlar tərəfindən məsələyə müdaxilə olunmasını, bina idarəçiliyində şəffaflıq və hüquqi əsasların təmin edilməsini istəyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
(xezerxeber.az)








Xəbəri paylaş


 
 


Xəbər lenti