Populyar müğənni Vüsal Əliyev uşaqlıq dostunu belə hədələdi – Detallar



Bəli, görünür, Vüsal Əliyev yaxın keçmişini çox tez umutmuşdur. Belə ki, o əvvəllər də dələduzluq maddəsinə görə axtarışa verilmiş və sonradan saxlanılaraq hakim qarşısına çıxarılmışdır. Və 4 övladının olması nəzərə alınaraq ona yüngül cəza verilmişdir. Bu barədə musavat.com saytı https://musavat.com/mobile/news/hebs-heyati-yasamis-azerbaycanli-mugenniler_653259.html özünün 31 oktyabr 2019-cu il tarixli məqaləsində qeyd edir: “Bir zamanlar populyar olan müğənni Vüsal Əliyev isə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Müəyyən müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmişdi. Lakin Vüsal Əliyevin himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.”
Vüsalın dələduzluğa görə məhkum edilməsilə bağlı onun uşaqlıq dostu bildirdi ki, bəli, Vüsal saxlanılan zaman Xətai rayon polis idarəsindən mənə də zəng edib bildirdilər ki, Vüsalın sənə də 15 000 manat borcu var. Ərizə ilə müraciət etmək istəyirsənsə idarəyə gələ bilərsən. Mən, uşaqlıq dostumu sözün əsl mənasında “baltalamaq istəmədim. Dedim yazıqdır, qoy işini qurtarsın bəlkə ağıllandı, ümid etdim ki, bundan sonra mənim də borcumu qaytarar. Və o nöqteyi nəzərdən polisə dedim ki, xeyr , mənim Vüsalla bağlı heç bir şikayətim yoxdur.Məslə qapandı. Amma bu gün Vüsalın mənə qarşı sərgilədiyi bu hərəkətləri bilsəydim ki, o peşimançılıq əvəzinə 2 gün öncə getsin hara istəyir şikayət etsin, daha ona 1 qəpik də ödəyən deyiləm mesajını göndərməzdi. Qoy olsun. Yəqin ki, dövlətimizin başçısı cənab Prezidentimiz İlham Əliyevə mətbuat vasitəsilə etdiyim müraciətə tezliklə hüquq-mühafizə orqanları tərəfindən baxılacaq və öz hüquqi qiymətini alacaqdır. Görünür, Vüsal arxalandığı bəzi “qoruyucu məkləklərinə” çox aludə olubdur. Elə bilir ki, yenə də törətdiyi dələduzluqlardan onu xilas edəcəklər. Bu adam törətdiyi əməldən peşimançılıq çəkmək əvəzinə, əksinə xam xəyallara qapınır. Yəni, mənə qarşı törətdiyi qanunsuz əməli davam etdirməklə məlum olur ki, müğınni Vüsal Əliyev islaholunmaz birisidir. Mən inanıram ki, tezliklə onu başa salacaqlar ki, vətəndaşı intihar həddinə çatdırmaqla daha böyük qanunpozuntusu törətmiş olursan. Və bunun məsuliyyəti də sənin üzərində olacaqdır. İnşallah yaşayarıq görərik”.
Xatırladaq ki, V.Əliyevin şəxsi biznesi barədə məlumatlar əldə etmişik. Belə ki, Manşet.az-ın 5 fevral 2022-ci il tarixli sayında https://www.manset.az/news/19360 “Müğənni Vüsal Əliyev özünə yeni restoran açıb” başlıqlı məqaləsində populyar müğənninin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park Plyusda yerləşən restoran “Green Floor” adlanır. Restoranın açılışı bu gün edilib və bir çox məşhurlar açılışa axın etdiyi bildirilir.Həmçinin şəxsi restoranında Vüsal Əliyev gələn qonaqlara öz ifalarını canlı təqdim etmişdir.
Lakin sonradan borclulardan birindən aldığımız məlumata görə V.Əliyevin borclu olduğu şəxslər bu restorana axın etdiklərinə görə müğənni restoranın fəaliyyətini dayandırmış və özünə Binəqədi rayonun Mehdiabad qəsəbəsində xəlvəti yerlərdən birində özünə restoran açmış və biznesini yarımgizli davam etdirməkdədir.
Bizi izləyin.
Aktualinfo.org
Xəbəri paylaş