Nazir ölkəyə yeni baş notarius təyin etdi - ƏMR

 
1-05-2024, 10:43            155 dəfə baxılıb
Ədliyyə Nazirliyinin Notariat İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Nazirin müvafiq əmri ilə Süleymanov Anar Bahadır oğlu Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub.

Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov isə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qaynarinfo



Xəbəri paylaş


 
 


Xəbər lenti