Tikinti bazarında Ramin Abdullayevin öz qanunları var



Qısa arayış:
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 19 mart tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Eyni fərmanla Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi və mərkəz tərəfindən göstəriləcək ödənişli xidmətlərin siyahısı təsdiqlənib.
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir. 28.12.2021-ci il tarixindən Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsini Ramin Abdullayev icra edir.
Ramin Abdullayev Komitənin “qara kassa” kimi..
Ramin Abdullayevin daha çox pullar qazanmaq fikri ,sahibkarları narazı salmaqla yanaşı, eyni zamanda, Bakı şəhərində yöndəmsiz tikililərin sayını da artırmaqdadır.Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin hazırkı vəziyyət elədir ki, tikinti üçün bura müraciət edən sahibkarlardan, vətəndaşlardan açıq-aydın formada rüşvət istənilir. Bakı şəhərinin baş planının olmamasını bəhanə gətirərək tikintilərə icazə verməyən bu qurumun rəsmiləri çox vaxt istəklərinə nail olurlar.İnternet üzərindən apardığımız araşdırma zamanı,o da məlum oldu ki Bakı şəhərində tikilən əksər binaların təməlinə tikintiyə nəzarət edən şəxslərin aldıqları haram pullar dayanır.Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə Ramin Abdullayev maddi marağı olan yerdə ,bəzən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi də aldatmağa cəhd edir.“Bina tikintisinə icazə bazarı” uğrunda illərdir apardığı savaşda Ramin Abdullayev istəyinə nail olub.Belə ki illər idi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud ilə Ramin Abdullayev arasında gizli mübarizə gedirdi.Ramin Abdullayev 28.12.2021-ci il tarixində Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmaqla Rüfət müəllimə "qalib gəlir" və "tikintiyə icazə bazarı"na nəzarəti ələ keçirir. Həmən müddətdən bina tikmək isdəyən şəxs hökmən Ramin Abdullayevin "bığının altından" keçməli olur.Prezidentin verdiyi qərar və sərəncamları heç hesab eden Ramin Abdullayev ,burda mənəm Bağdatdda kor Xəlifə prinsipi ilə işləyir.Qeyd edək ki, bir neçə il öncə Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10 L ünvanında səkkiz sot torpaq sahəsində anbar tikmək istəyən Anar Hüseynov adlı sahibkar, Ramin Abdullayevi icazə üçün 20 min manat rüşvət istəməkdə ittiham etmişdi.
Davamı var..
Mediatv.az olararaq qarşı tərəfin cavab haqqını tanıyırıq.
Xəbəri paylaş