"Deyin, şükür ki, Azərbaycan 50 metr yaxınlıqdadır... 30 il xaos dövründə yaşamışıq" - Paşinyan Azərbaycan sürücülərindən gömrük haqqı almağı arzulayır

 
18-04-2024, 13:30            453 dəfə baxılıb
Əyalətmedia.az "Aysor" nəşrinə istinadla  xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş rayonunun Kirants kəndinin sakinləri ilə görüşdə ölkə hakimiyyətinin sərhəd erməni kəndlərinin Azərbaycanla yaxınlıqdan qoxmamalarını, əksinə, sakinlərin qarşılıqlı ticarət perspektivinə həvəslənmələrini istədiyini bildirib.
Paşinyan deyib: "Bizim məqsədimiz budur ki, siz "Azərbaycan 50 metrlik məsafədədir" sözlərini təşvişlə deməyəsiniz. Əksinə deyəsiniz: "Nə yaxşı ki, Azərbaycan 50 metr məsafədədir. Biz orada ticarətlə məşğul olacağıq, təsərrüfat quracağıq". Bəlkə, elə buraxılış məntəqəsi də qurular, oradan avtomobillər keçər və bunun üçün Ermənistan Respublikasına pul ödəyərlər".   
Onun sözlərinə görə, kəndilər bunun belə olacağına 100 faiz təminatın olub-olmayacağı sualını verə bilərlər.
Paşinyan deyib: "Yüz faiz təminat verə bilmərəm, amma bilirəm ki, addım-addım 90 faizə və daha artığına çatacağıq. Lakin biz bu addımları atmasaq, regionda yeni çağırışın olacağına təminat veririk. Bizim qarşımızda regionda qanunun aliliyini təmin eləmək məsələsi durur.  Son 30 il ərzində bir xaos dövründə yaşamışıq. Həm biz, həm də onlar tərəfdən xaos dövrü başa çatdırılmalıdır. Hüquq, qanun, xətt var və biz bu xətdə dururuq. Biz bu xətdə dayansaq, Ermənistan yüzqat güclənəcək". 



Xəbəri paylaş


 
 


Xəbər lenti