Trifonov: "Azərbaycan tədricən bütün Qarabağı nəzarətinə götürəcək"
11-10-2022, 12:35 361 dəfə baxılıb
“Qarabağ üçün yeni müharibə olmayacaq – sadəcə ona görə ki, Ermənistanın və Qarabağ ermənilərinin bunun üçün heç bir imkanları yoxdur”.
Əyalətmedia.azxəbər verir ki, bu barədə özünün analitik yazısında politoloq Yevqeniy Trifonov bilirib.
O öz məqaləsində daha sonra bunları vurğulayıb: “Neft və qazla zəngin, qüdrətli Türkiyə tərəfindən dəstəklənən Azərbaycan Ermənistan və Qarabağ ermənilərindən o qədər güclüdür ki, onları asanlıqla əzməyə qadirdir. 44 günlük müharibədə uzunmüddətli istehkamlara arxalanan, möhkəm silah və sursat ehtiyatına malik olan erməni qüvvələri Azərbaycan qoşunlarına ciddi müqavimət göstərə bilmədi; indi nə istehkam var, nə də silah. Həmin müharibədə məğlubiyyət nəticəsində qondarma “DQR” ərazisi demək olar ki, dörd dəfə – 3170 kv.km-ə qədər azaldı. Hazırda ermənilərin qaldığı ərazi müdafiə oluna bilməyən kiçik bir torpaq parçasıdır.
Politoloq daha sonra yazır:
“Ermənistan 2020-ci ildə Qarabağı itirdi, çünki 3 milyonluq, dənizlə əlaqəsi olmayan və hər iki tərəfdən blokadada olan ölkənin güclü, müasir ordu yaratmaq imkanı yox idi. 1994-cü ildə Azərbaycan üzərində müvəqqəti hərbi qələbə də onun üzərində qəddar zarafat etdi: Ermənistan ictimaiyyəti belə qərara gəldi ki, ermənilər, prinsipcə, azərbaycanlılardan güclüdürlər və hər an bu qələbəni “təkrar edə bilərlər”. Nəticədə Ermənistanı bütün əhalinin silahlanmış, təlim keçmiş və hər an döyüşə hazır olduğu ikinci İsrailə çevirmək ideyası iflasa uğradı. Birinci Qarabağ müharibəsi illərində əziyyət çəkən ermənilər lazım gələrsə, “türkləri” asanlıqla məğlub edəcəklərinə inanaraq, öz işləri ilə – bizneslə, işlə və təhsillə məşğul olurdular. Lakin Azərbaycan güclü, yaxşı təlim keçmiş, müasir texnologiya ilə silahlanmış ordu yarada bildi.
Trifonov xüsusi olara qeyd edib ki, erməniləri məğlub edən Bakı Rusiyanı regiondan tam sıxışdırıb çıxarmaqla onu incitməmək qərarına gəlib. Vü bu niyyətlə də Rusiya sülhməramlı kontingenti Qarabağa dəvət edib. Siyasi şərhçi bildirir ki, 2020-ci ilin noyabrında Qarabağda silah səsləri kəsildikdən sonra ermənilər əzab içində yaşamağa başlayıb: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb, çünki Bakı Qarabağın Ermənistan tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasında israrlıdır. Azərbaycan heç nəyə razı deyil, Ermənistan isə buna razı ola bilməz. Amma Ermənistanın öz mövqeyini müdafiə edəcək heç bir şeyi yoxdur – onun ordusu məğlubiyyətdən sonra son dərəcə zəifləyib.
Müharibədən keçən müddət ərzində Azərbaycan Ermənistana təzyiqlərini artırıb. Rəsmi Bakının ən səs-küylü tələbi isə qanunsuz silahlı birləşmələrin qalıqlarının Qarabağdan çıxarılmasıdır. Taleyindən qorxan ermənilər bununla razılaşa bilmirlər. Və bütün bunlar hərbi əməliyyatlarla müşayiət olunur – kiçik miqyasda olsa da, müntəzəmdir.
Qarşıdurmanın hazırkı raundunda Bakı İrəvan qarşısında şərt qoyub: suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmadığının qarşılıqlı təsdiqi, hədə və güc tətbiqindən imtina, dövlət sərhədinin delimitasiyası və demarkasiyası və nəqliyyat kommunikasiyalarının açılması”.
Güman etmək olar ki, nə qədər ki, erməni əhalisi Qarabağda qalacaq, İrəvan hələ də Bakının şərtləri ilə razılaşmayacaq – bu, erməni milli özünə güvəncinə çox ağrılı zərbə olardı. Amma Azərbaycan hakimiyyəti tədricən, addım-addım, bir ağırlaşmadan digərinə, Qarabağın digər hissəsini öz nəzarətinə götürəcək – Qarabağda ermənilərin minimum sayı qalana qədər. Qalanlar isə tərksilah və itaətkar olacaqlar”.

Qarabağ erməniləri su ehtiyatlarının böyük hissəsini, elektrik enerjisini (36 su elektrik stansiyasından 29-u itirildi), əkin sahələrinin 3/4-ni, mal-qaranın yarısını, turizmdən gələn gəliri itirdi. Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi dayandırıb – onlar qondarma respublikanın gələcəyinə inanmırlar. Eməni əhalisinin psixoloji durumunu və müqavimətə hazırlığını məğlubiyyətlər xeyli dərəcədə pozdu.İkinci müharibəyə qədər Qarabağda hərbi qüvvəsini saxlayan Ermənistan Azərbaycanın təzyiqi ilə öz birləşmələrinin bəzi hissəsini Qarabağdan çıxardı və geridə qalan birləşmələr çox əhəmiyyətsiz görünür. Sərhədlərə Azərbaycan nəzarəti olduğundan ermənilərə silah tədarük etmək mümkün deyil, onu almaq üçün heç bir yer və almağa heç nə yoxdur. Lakin Ermənistan ordusunun özü bir qədər yaxşı vəziyyətdədir.
Politoloq daha sonra yazır:
“Ermənistan 2020-ci ildə Qarabağı itirdi, çünki 3 milyonluq, dənizlə əlaqəsi olmayan və hər iki tərəfdən blokadada olan ölkənin güclü, müasir ordu yaratmaq imkanı yox idi. 1994-cü ildə Azərbaycan üzərində müvəqqəti hərbi qələbə də onun üzərində qəddar zarafat etdi: Ermənistan ictimaiyyəti belə qərara gəldi ki, ermənilər, prinsipcə, azərbaycanlılardan güclüdürlər və hər an bu qələbəni “təkrar edə bilərlər”. Nəticədə Ermənistanı bütün əhalinin silahlanmış, təlim keçmiş və hər an döyüşə hazır olduğu ikinci İsrailə çevirmək ideyası iflasa uğradı. Birinci Qarabağ müharibəsi illərində əziyyət çəkən ermənilər lazım gələrsə, “türkləri” asanlıqla məğlub edəcəklərinə inanaraq, öz işləri ilə – bizneslə, işlə və təhsillə məşğul olurdular. Lakin Azərbaycan güclü, yaxşı təlim keçmiş, müasir texnologiya ilə silahlanmış ordu yarada bildi.
Ermənistanın və Qarabağ ermənilərinin Rusiyaya ümidləri puç oldu: Moskva Türkiyə ilə yaxşı münasibətlər saxlamalıdır. Varlı Azərbaycan isə ən müasir silahları Rusiyadan alıb. Ermənistan isə Rusiyadan təmənnasız və ya dəyərindən qat-qat az hərbi texnika alaraq 44 günlük müharibənin başlanğıcında əsasən köhnə sovet silahları ilə silahlandı. 2016-cı ilin aprelində Azərbaycan ordusu döyüş şəraitində kəşfiyyat apardı. Dörd gün ərzində artilleriya və pilotsuz təyyarələr ermənilərin mövqelərini demək olar ki, “ütülədi”. Ermənilər bu güc qarşısında dura bilmədilər. Amma bundan sonra da erməni cəmiyyəti Azərbaycan üzərində hərbi üstünlüyə inamını davam etdirdi.Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın Rusiya ilə münasibətləri daha da pisləşdi: Ermənistan hökuməti, ümumiyyətlə, erməni problemlərinə tab gətirməyən Avropa və ABŞ-dan pay almağa çalışırdı. 2020-ci ilin payızında Azərbaycan qoşunları 1994-cü ildəki məğlubiyyətin qisasını nisbətən asanlıqla aldı”.
Trifonov xüsusi olara qeyd edib ki, erməniləri məğlub edən Bakı Rusiyanı regiondan tam sıxışdırıb çıxarmaqla onu incitməmək qərarına gəlib. Vü bu niyyətlə də Rusiya sülhməramlı kontingenti Qarabağa dəvət edib. Siyasi şərhçi bildirir ki, 2020-ci ilin noyabrında Qarabağda silah səsləri kəsildikdən sonra ermənilər əzab içində yaşamağa başlayıb: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb, çünki Bakı Qarabağın Ermənistan tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmasında israrlıdır. Azərbaycan heç nəyə razı deyil, Ermənistan isə buna razı ola bilməz. Amma Ermənistanın öz mövqeyini müdafiə edəcək heç bir şeyi yoxdur – onun ordusu məğlubiyyətdən sonra son dərəcə zəifləyib.
Müharibədən keçən müddət ərzində Azərbaycan Ermənistana təzyiqlərini artırıb. Rəsmi Bakının ən səs-küylü tələbi isə qanunsuz silahlı birləşmələrin qalıqlarının Qarabağdan çıxarılmasıdır. Taleyindən qorxan ermənilər bununla razılaşa bilmirlər. Və bütün bunlar hərbi əməliyyatlarla müşayiət olunur – kiçik miqyasda olsa da, müntəzəmdir.
Qarşıdurmanın hazırkı raundunda Bakı İrəvan qarşısında şərt qoyub: suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmadığının qarşılıqlı təsdiqi, hədə və güc tətbiqindən imtina, dövlət sərhədinin delimitasiyası və demarkasiyası və nəqliyyat kommunikasiyalarının açılması”.
Politoloq zənn edir ki, Qarabağda vəziyyətin növbəti gərginləşməsi Rusiyanın Ukrayna münaqişəsinə başı qarışması ilə bağlıdır. Üstəlik, Rusiyanın sülhməramlı qüvvələrinin böyük hissəsi Qarabağdan çıxarılıb. Moskva Azərbaycanla, xüsusən də təkcə Zaqafqaziyada deyil, Ukrayna istiqamətində də güclü oyunçu olan Türkiyə ilə münasibətləri korlaya bilməz. Ona görə də Azərbaycan son eskalasiyanın əvvəlində Rusiya tərəfinin etirazlarına heç bir reaksiya vermədi. Rusiya tərəfi isə Türkiyəni həddən artıq israrlı tələblərlə incitmək istəmirdi:“Ermənistan Qarabağ müharibələrindən və onlarla bağlı ağır sınaqlardan ölümcül yorulub. 2020-ci ildə baş verən hərbi fəlakətdə günahlandırılan Paşinyan bir il sonra seçkilərdə qalib gəldi ki, bu da Ermənistan əhalisinin əksəriyyəti üçün Qarabağ məsələsinin arxa plana keçdiyini göstərir.

Xəbəri paylaş