“Qarabağ”a afərin düşür” - “Nant”ın futbolçusu

 
16-09-2022, 14:15            489 dəfə baxılıb
Fransanın “Nant” komandasının müdafiəçisi Jan-Şarl Kastelletto Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
“Əyalətmedia.az” xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Bu rəqibə öz meydanında qalib gəlmək çox çətindir. Bununla belə, matçın əvvəllərində yaxşı oynadıq və qol şanslarımız oldu. Amma ikinci yarıya yaxşı başlamadıq. Ardıcıl qollar bizi çətin vəziyyətə saldı. Bu cür müdafiə olunmamalıyıq. “Qarabağ” çox yaxşı komandadır. Rəqibə afərin düşür. Biz isə öz oyunumuzu inkişaf etdirməliyik”.



Xəbəri paylaş


 
 


Xəbər lenti