“Bizon” un SAHİBİ ciddi suallardan necə yayınır?

 
31-07-2023, 12:57            1 551 dəfə baxılıb
Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.Mediatv.az bildirir ki,“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən monopolist distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin “toxunulmaz” partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkətin mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir və hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. 2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır.  
Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə İsveçrənin “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. 2010-cu ildə Bolmart Supermarketlər Şəbəkəsi xalqın xidmətinə verilib.
2014-cü ildə İtalyanın CFT avadanlıqları əsasında qazlı sərinləşdirici içki zavodu fəaliyyətə başlayıb. Zavodda “Bizon” markası ilə qazlı sərinləşdirici içki istehsal olunur. Zavod həmçinin Go, Jaguar və Berg qazlı sərinləşdirici içkilərinin rəsmi istehsalçı partnyorudur.
Göründüyü kimi, enerji içkilərinin istehsalı və satışı Ceyhun Abbasovun təsisçisi olduğu şirkətin fəaliyyətinin yalnız bir, amma həm də vacib istiqamətidir.
Əslində  bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Belə energetik içkilərdən biri də BİZON-dur. Hətta məşhur reklamı da var: BİZ ONU SEÇDİK. Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Energetik içkilərin, o cümlədən BİZONUN zərərindən, dünyada qadağan olunmasından çox danışılıb. Amma, sən demə, Ceyhun Abbasovun hər gün yüz minlərə, bəlkə də milyonlara satdığı və üzərində energetik içki  ( “ENERGY” və “CHARGE YOUR POWER”) yazdığı BİZON saxta imiş. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, “alkoqolsuz” sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Yəni iş adamı Ceyhun Abbasov neçə ildir ki, istehlakçıları aldadır – “BİZON” enerji içkisi deyilmiş…
Mediatv.az xəbər verir ki,Ekspertlər  qeyd edir ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Amma Ceyhun Abbasovun BİZON-u bu qayda və normalara cavab vermir.
“Bizon”un yeniyetmə və gənclərə, hamilə qadınlara, süd verən analara, ürək -damar xəstəliyindən əziyyət çəkənlərə, böyrək və qaraciyər xəstələrinə tövsiyə olunmaması C.Abbasovun heç vecinə də deyil. Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Hətta Milli Məclisdə bütövlükdə energetik içkilərin ölkəmizdə satışı ilə bağlı müəyyən qadağaların tətbiq edilməsinə təşəbbüslər də hələ ki, nəticəsiz qalıb. Halbuki energetik içkilərin istehsalı, satışı, reklam edilməsi bir çox qabaqcıl Avropa ölkələrində (Norveç, Danimarka, Fransa və s.) qanunla qadağan edilib. Qonşu Rusiyada da, nəhayət, prezidentin işə qarışması sayəsində məsələ həllini tapıb. Yəqin, bizdə də gərək mütləq məsələyə Prezident özü şəxsən müdaxilə etsin.
P.S. Ceyhun Abbasovun bir məsələ ilə də spekulyasiya etdiyi məlum olub: O, adaşı və köməkçisi Ceyhun Yusubovu qabağa verərək şirkət rəhbəri adından jurnalistlərlə danışmağı tapşırıb. 







Xəbəri paylaş


 
 


Xəbər lenti