““Qarabağ hərəkatı” yoxdursa, müharibə də yoxdur” – “Biz bu yolu şüurlu şəkildə seçmişik...”

 
Dünən, 16:14           
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı həm daxili siyasi mübarizəyə, həm də Qarabağ məsələsinə toxunub.

O, bildirib ki, ölkədə “keçmiş–indiki hakimiyyət” qarşıdurmasını aradan qaldırmağın yolu 2026-cı il parlament seçkilərindən keçir. Paşinyanın sözlərinə görə, “Güclü Ermənistan”, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” partiyası seçkilərdə parlamentə düşməməlidir.
Baş nazir müxalifəti sərt tənqid edərək qeyd edib ki, bəzi siyasi qüvvələr xalqı təhqir edir və bu qüvvələrə səs verən insanlar faktiki olaraq özlərinin təhqir edilmələrin qəbul etmiş olurlar. O bildirib ki, vətəndaşlar bu məsələdə seçim etməlidir.
Paşinyan çıxışında hakimiyyətinin ölkəni “tələdən çıxardığını” da vurğulayıb. Onun sözlərinə görə, Ermənistan “Qarabağ hərəkatı” ilə bu vəziyyətə düşmüş və əvvəlki hakimiyyətlər tərəfindən uzun müddət çıxılmaz vəziyyətdə saxlanılıb.
Paşinyan  yenidən bəyan edib ki, müharibənin əsas səbəbi məhz “Qarabağ hərəkatı” olub: “”Qarabağ hərəkatı” yoxdursa, müharibə də yoxdur. Biz bu yolu şüurlu şəkildə seçmişik”.
O, həmçinin bildirib ki, müxalifət sülh siyasətinə qarşı çıxır və onu yenidən nəzərdən keçirmək istəyir. Paşinyanın fikrincə, bu, keçmiş hakimiyyət nümayəndələrindən ibarət siyasi qüvvələrin əsas məqsədidir.
Qeyd edək ki, Paşinyanın çıxışını müxalifətdən zalda cəmi bir neçə deputat dinləyib.
“AzPolitika.info”



Xəbəri paylaş


 
 


Xəbər lenti