Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru niyə töhmət aldı?
25-06-2023, 12:29 810 dəfə baxılıb
Təhsil sahəsində aparılan islahatlar və təhsilin dünya standartlarına uyğunlaşması Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verməkdədir. Təəssüflər olsun ki, hələ də bəzi məktəblər var ki, təqaüd ərəfəsində olan direktorların girovuna çevrilməkdədir. Elm və Təhsil Nazirliyi direktorları gənc kadrlarla əvəzləsə də , hələ də elə məktəblər var ki, belə yarıtmaz direktorlardan can qurtara bilmir. Müxtəlif yollarla şəxsi maraqlarını ön plana çəkən belə adamların işində olan nöqsanlar tükənmək bilmir. Elə redaksiyamıza daxil olan məlumat da bu qəbildəndir. Gəncə şəhər Nizami Aydın adına 18 nömrəlı tam orta məktəbdə baş verənlər əndazəni aşıb desək, yanılmarıq. Məktəbdə davamiyyət 2023-cü ilin tədris ilində çox aşağı səviyyədə olub. Özbaşınalıq, tədrisin keyfiyyətinin aşağı səviyyədə olması, böyük bir kollüktivi əhatə edən bu məktəbdə tədrisdən başqa nə desən var. 11-ci sinif şagirdlərinin qardaş Türkiyədə, Rusiyada yaşadıqları halda jurnalda adlarının qeyd edilməsi məktəbdə tədrisin və davamiyyətin nə yerdə olduğunun göstəricisidir. Xatırladaq ki, məktəbdə 75 müəllim və 18 nəfər texniki işçi çalışır. 962 nəhər şagird təhsil alır. Faktların doğruluğunu dəqiqləşdirmək məqsədilə məktəbin direktoru ilə görüşən əməkdaşlarımızın suallarını Mətanət Rzayeva öz təbirincə cavablandırıb. Mətanət Rzayeva Türkiyədə və Rusiyada yaşayan uşaqlar barədə məlumatları təsdiq edərək bildirib ki, may ayının 19-da 6-cı sinifdə oxuyan Üzeyir və 9-ci sinifdə oxuyan Aqşin valideynlərinin ərizəsi ilə məktəbdən çıxarılıb. “11-ci sinifdə davamiyyət bütün məktəblərdə aşağı olur. Bu təkcə bizim məktəbdə deyil. Əslində direktor müavini Zenfira Səmədova bu sualların cavabını bilir, yaxşı olar ki, onunla danışasınız”-deyə direktor Mətanət Rzayeva bildirib. Elə bu anda söhbətə hay-küylə Zenfira xanım qoşulur. “Mən bu bu məktəbdə uzun illərdir çalışıram. Hətta son zamanlara qədər üç vəzifəni birdən icra edirdim. Özüm də repititorluqla məşğul oluram. Tarix müəlliməsi kimi evdə hərəsi 10 nəfərdən ibarət olan iki qrup hazırlayıram. Bəli, açığını deyim ki, indi məktəblərdə davamiyyət mühüm məsələdir. Uşaqlar dəsrsə gəlmir. Təmayül sinifləri yaradıldıqdan sonra bu hal daha da çoxalıb. Üç nəfərin işini aparsam da yekunda mənə də direktor töhmət verib. Bu haqsızlıqdır. Təhsil şöbəsində etiraz edəndən sonra, məktəbin boş olan rəhbər vəzifələrinə təyinat olundu. Bununla da üzərimdə olan ağır yük aradan qalxdı. Amma mənə verilən töhmətlə barışa bilmirəm. Məktəbimizdə savadlı müəllimlər çoxdur, bununla yanaşı bizi qane etməyənlər də var. Ancaq adlarını çəkə bilmərəm.”- deyə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Zenfira Səmədova bildirib. Qeyd edək ki, məktəbdə çalışan 18 nəfər texniki işçinin yalnız 5¬¬-6 nəfəri işdə görsənir. Digərlərini tanıyan yoxdur. Təbii ki, direktordan başqa. Mətanət Rzayevaya verilən töhmət işində yol verdiyi nöqsanlara görədir. Və deyilənə görə birinci dəfə deyil. Özünü “təmizə” çıxartmaq istəyən Mətanət Rzayeva oz müavininə töhmət verməklə guya günahkarın Zemfira müəllimə olduğunu subut etməyə çalışıb. Bununla da yerinə gələcək real namizəd Zemfira Səmədovanın gələcək reputasiyasına zərbə vuraraq hədəfini zərərsizləşdirib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Davamı var... AYBƏNİZ |
Xəbəri paylaş