Vüqar Əhmədovun sevimli kadrı Elmar Mahmudov oğluna ən son model “Range Rover”i hansı pullarla alıb?
14-05-2024, 09:48 637 dəfə baxılıb
Əyalətmedia.az saytı aprel ayında “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun yaxın adamı kimi Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi təyin etdiyi Elmar Mahmudovun barəsəində mediada yayılan və yayılmayan bir sıra məlumatlar paylaşmışdı. Bir daha xatırlatmaq istərdik ki, Elmar Mahmudov daha əvvəllər Bakı şəhərində Nərmanov rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsində işləyib. Amma işdə yol verdiyi nöqsanların üstü açıldıqdan sonra “Azərişıq” ASC-nin sədri onu tutduğu vəzifədən azad etmək əvəzinə Gəncəyə, 6 rayonu özündə birləşdirən Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi təyin edib.
Elektron mediada yazırlar ki, Elmar Mahmudov Nərmanov rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi olanda da az qazanc əldə etməyib. “Azərişıq” ASC-də oturan və sədr müavini olan Ramil Yusifovun himayədarlığı sayəsində Elmar Mahmudovun Nərmanov rayonundakı ticarət və iaşə obyektlərindən, yeni tikilən hündürmərtəbəli binaların enerji təchizatından kifayət qədər var dövlət topladığı söylənilir. 2020-ci ildə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) təyin ediləndən sonra isə Elmar Mahmudovun özünə Gəncə və Göygöldə villalar, obyektlər inşa etdirdiyini də yazırlar.
Əyalətmedia.az-a bu günlərdə verilən məlumatlara görə Elmar Mahmudov Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsininin nəzarətində olan Gəncə şəhəri, Samux, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarında köhnə elektrik dirəklərinin yenilənməsi, köhnə transformatorların yenilənməsi işlərindən milyinlarla manat gəlir əldə edib. Belə ki, təzə elektrik dirəklərinin qiymətləri sənədləşmələrdə yüksək göstərilir, amma alqı -satqı zamanı dövlət vəsaitləri dolayısı yollarla Elmar Mahmudova çatır. Köhnə elektrik dirəkləri isə qara bazarda dəyər-dəyməzinə satılır. Nəticədə Elmar Mahmudov həm elektrik dirəklərinin həm də transformatorların yenilənməsi işlərindən çoxlu pullar qzanır.
Redaksiyamıza verilən məlumatlarda Elmar Mahmudovun oğluna ən son model “Range Rover” markalı avtomobil aldığı da bildirilir. Məlumatlı şəxslər qeyd edirlər ki, Elmar Mahmudovun oğlu son vaxtlar qərb zonasının enerji satış idarələrində tez-tez görsənməyə başlayıb. Əvvəllər onu tanıyan yox idi. Qeyd edirlər ki, bölgədəki idarələrdə artıq onu hamı tanıyır və nə üçün gəldiyini bilirlər. Ən sonuncu dəfə Elmar Mahmudovun oğlu ilə aprelin sonunda bölgə idarələrinə turnesi zamanı görsəniblər ki, rəisin oğlu son model “Range Rover” idarə edirmiş.
Əyalətmedia.az-a verilən bu məlumatlar ətrafında araşdırmalarını davam etdirir. Bununla belə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdan da, Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi Elmar Mahmudov dan da bu məlumatlara münasibət öyrənməyə çalışacağıq. Göygöl və Daşkəsəndə inşa etdirdiyi villaların, obyektlərin hansı vəsaitlərlə əldə olunduğuna aydınlıq gətirmədiklərinə baxmayaraq.
Əyalətmedia.az
P.S. Bir mətbuat orqanı olaraq məqalədə göstərilənlərə aydınlıq gətirmək məqsədi ilə Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi Elmar Mahmudovun münasibətini öyrənməyə cəhd etdik. Bizimlə əlaqə saxlayıb özünü hüquqşünas kimi təqdim edən Ramin adlı şəxs göstərilənləri cəfəngiyat adlandırdı. Sonradan bizə məlum oldu ki, bu vaxtı ilə Abşeron rayonunda Enerjı Təchizat və Satışı İdarəsində işləmiş Ramin Abbasovdur. Abşeron rayonundan onunla bağlı çoxsaylı şikayətlərdən sonra Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinə göndərilib.
Qeyd edək ki, Ramin Abbasovun cəfəngiyat adlandırdığı bu məlumatlardan "Azərişıq" ASC-nin qərb zonasında çalışan işçilərinin böyük əksəriyyətinin xəbəri var. Elmar Mahmudovu oğlunun idarə etdiyi “Range Rover” markalı avtomobillə idarələrə baş çəkərkən hamı görüb. Odur ki, biz buradan “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdan soruşmaq istərdik. Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinə rəis təyin etdiyi sevimli kadrı Elmar Mahmudov oğluna son model “Range Rover” markalı avtomobili hansı pullarla alıb?

Xəbəri paylaş