Səbail DYP rəisinin “yeni hoqqaları”

 
30-03-2023, 11:41            864 dəfə baxılıb
Xatırladaq ki, ötən ilin yanvar ayında Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Elnur Rəhimov Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilibdi. O, bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qərargahında xidmət üzrə baş insperktor vəzifəsində çalışıbdı. Qeyd edək ki, yeni təyinatdan iki həftə əvvvəl nazirin əmri ilə Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmişdi. Onun vətəndaşlarla mütəmadi olaraq kobud rəftar etməsi haqda DİN rəhbərliyinə çoxlu şikayət daxil olurmuş və daxili araşdırma nəticəsində M.Fətəliyev vəzifəsindən azad olunubdu.
Yeni rəis işə başlayandan iki ay keçməmiş həmkarımız, Metropolitenin sabiq mətbuat katibi Nəsimi Paşayev Səbail DYP əməkdaşlarının onu bir neçə dəfə səbəb olmadan saxladığını bildirərək mətbuata açıqlama vermişdi. Belə ki, N.Paşayev sonuncu dəfə Bayraq meydanından Bayıl istiqamətində gedərkən DYP əməkdaşının “Saxla” işarəsi verdiyini bildiribdi: “Avtomobilimin sığortasını nə vaxt yenilədiyimi soruşdu. Bu hal 4-cü dəfə baş verdiyi üçün “vaxtı çatanda yeniləyirəm” cavabının verdim. “Bizim sistemdə görünmədiyi üçün saxlamışam” deyərək planşetində qurdalanmağa başladı. Mən də artıq bunun mütəmadi hal aldığını, əgər göstərmirsə sistemlərini düzəltdirməyi dedim. Heç bir protokol tərtib edilmədən yoluma davam etdim. Avtomobilin sığortasının olduğuna dair heç bir sənəd-sübut təqdim etmədim. Əgər sığorta həqiqətən yoxdursa, niyə protokol tərtib etmədi? Eyni zamanda əgər avtomobilin sığortası yoxdursa, bunu kameralar vasitəsilə elektron qaydada qeyd edib protokol tərtib etməlidirlər. Səbail rayon DYP-sinə aid 99 YP 250, 251, 252, 253 dövlət nömrəli avtomobillər eyni taktikadan istifadə edir”.
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Elnur Rəhimovdan narazı olan daha bir vətəndaş redaksiyamıza üz tutubdu. Aktualxeber.az-a müraciət edən Biləsuvar rayon sakini Əzizova Natəvan da Səbail DYP əməkdaşlarından şikayətçidir. Vətəndaş qeyd edir ki, 27.03.2023-cü il tarixdə axşam saatlarında Bayıl qəsəbəsi ərazisində Su İdmanı Sarayı yaxınlığındakı dayanacaqda sürücülük vəsiqəsi almağa hazırlaşan bir xanıma özünə məxsus 99-RF-812 dövlət qeydiyyat nişanlı avtomaşınla avtomobili sürərək düzgün idarəetməni öyrədirmiş və bunun qanunsuz olduğunu da bilmirmiş. Həmin vaxt Səbail DYP-ninj əməkdaşları onları saxlayaraq avtomobili cərimə meydançasına yerləşdiriblər. Ona deyiblər ki, “əgər işini gəlib 6-cı otaqda Elşən müəllimlə həll etməsə”, hər birinə 800 manat cərimə yazılacaq və xanımı avtoxuliqan kimi məhkəməyə göndərəcəklər. N.Əzizova da qanunları və hüquqlarını bilmədiyindən dünən 102 xidmətinə zəng vuraraq öyrənib ki, əslində Səbail DYP əməkdaşları onu və öyrətdiyi xanımı yerində cərimə edərək avtomobili cərimə meydançasına yerləşdirməyərək özünə qaytarmalıymışlar. Bunu bildikdən sonra şöbəyə yaxınlaşan və orada hər yerə şikayət edəcəyini deyən xanım 160 manat cərimə ödədikdən sonra avtomobili cərimə meydançasından götürə bilmişdir. Şikayətçi onu kimi günahsız yerə incidilən vətəndaşların olmaması üçün bizim vasitəmizlə bu hadisənin ictimailəşdirilməsini və günahkarların da cəzalandırılmasını istəmişdir. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbir görərək vətəndaşın pozulmuş hüquqlarını bərpa edəcək və günahkarları da cəzalandıracaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
 
Aktualinfo.org



Xəbəri paylaş


 
 


Xəbər lenti