“Azərenerji”də film kimi olaylar baş verir -Korrupsiya,kriminal,məhəbbət və daha nələr.. Üzeyir Yusifovun "Məcnun"u oynadığı filmdə Baba Rzayev də baş roldadı

 
27-06-2024, 14:25            1 037 dəfə baxılıb
“Azərenerji” ASC-nin sədri Balababa Rzayevi geniş ictimaiyyətə tanıtmağa o qədər də ehtiyac yoxdu. Bakının Zirə qəsəbəsində anadan olmuş Baba Rzayev ömrü boyu energetika sahəsində çalışmış bir şəxsdir. 1988–1998-ci illərdə Bakı Elektrik Quraşdırma İdarəsinin rəisi, 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə — "Bakıelektro" ATSC-yə çevrildikdən sonra 2006-cı il tarixinədək sədri vəzifəsində çalışıb. Bundan sonra Baba Rzayev 2015-ci ilə qədər "Bakıelektrikşəbəkə" ASC sədri vəzifəsinin başında durub. Sonra Baba Rzayev 2018-ci ilə qədər "Azərişıq" ASC-nin sədri olub. Balababa Rzayev 2018-ci ilin sentyabrından da "Azərenerji" ASC-nin prezidenti təyin edilib. Göründüyü kimi, Baba Rzayev aşağıdan tutmuş yuxarıya, nə az, nə də çox, düz 36 ildir rəhbər vəzifədə çalışır. Bu isə o deməkdir ki, Baba Rzayev energetika sahəsinin incəliklərini bildiyi kimi, idarəetmənin də sirlərinə sahibdir. Belə olan təqdirdə necə ola bilir ki, Baba Rzayevi işçiləri aldada bilir, onun əmrlərini saxtalaşdırır, altdan-altdan müxtəlif işlər çevirə bilirlər?
Əsas məsələyə keçməzdən əvvəl son vaxtlar “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində baş verən bir çox məsələlərlə bağlı elektron mediada yayılmış məlumatlara da nəzər salmaq istərdik. Ətraflı burada: https://yenisoz.az/gundem/5107-azrenerji-asc-nin-ndn-dovlti-milyardlarla-borca-salmasinin-sbblri-bilindi-prezident-muracit.html
Yazırlar ki, “Azərenerji” ASC-nin vitse prezidenti Zirəddin Quliyevin himayədarlığı altında İstehsalat üzrə Operator rəisi təyin olunmuş 66 yaşlı Üzeyir Yusifov xüsusi rəğbət bəslədiyi 24 yaşlı Mehin Zeynalovanı 2022-ci ilin aprelindən 600 manat əməkhaqqı ilə əvvəlcə mühəndis vəzifəsinə qəbul edildikdən sonra, 2023-cü ilin sentyabr ayınadək həftəlik 2000 manat ezamiyyə xərci, digər peşəkar mütəxəssislərə isə 350 manat ezamiyyə xərci hesablanmışdır. Mehin Zeynalova “Azərenerji”ASC-də işlədiyi qısa müddətdə (2021-2023) sədr Baba Rzayevin imzaladığı 16 mart 2023-cü il tarixli, 23/K saylı “Təyin olunma barədə” əmrini saxtalaşdıraraq 15-ci ödəniş dərəcəsini 16-cı kimi qeyd etmiş və nəticədə 1850 manat əməkhaqqı ilə xidmət rəisinin müavini təyin edilmişdir. Yəni, ödəniş dərəcəsini şişirtməklə büdcədən əlavə 100 manat artıq vəsait almışdır.
Qeyd edək ki, “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində baş verən bəzi hadisələrin mediaya sızmasından sonra Mehin Zeynalova işdən qovulub. Maraqlıdır 66 yaşlı Üzeyir Yusifovun 24 yaşlı gənc, xanım kadrının birdən birə işdən qovulmasına nə səbəb olub?
Qeyd etdiyimiz kimi, 2023-cü ildə Üzeyir Yusifov 24 yaşlı xanım dostunu xidmət rəisinin müavini vəzifəsinə təyin etmişdir.Vəzifəsinə görə ona xidməti avtomobil və gənc və enerjili İntiqam İsayev adlı sürücü də ayrılmışdır. Bir müddət sonra aralarında yaranan soyuq münasibətlərdən maksimum faydalanmağa çalışan sürücü İntiqam İsayev özünə məxsus –299 28 48 mob telefonun votsap profilindən 2023-cü ilin avqustun son günlərində, səhər saat 4:08-də Mehin Zeynalovaya mesaj göndərir: “Mənə 50 min verməlisən, Yoxsa səni rüsvay edəcəm el aləmdə” 30 dəqiqə sonra İntiqam votsapla yenidən soruşur: “ Nə oldu 50 min? Vermirsən deməli”  Saat 5:27 –də Mehin İntiqama cavab yazır: “ Verəcəm, səbrli ol”.( votsap yazışma sənədi əlavə olunur)

Sürücü ilə idarə rəisi Üzeyir Yusifovun 24 yaşlı xanım işçisi arasında olan bu yazışma onu göstərir ki, “Azərebnerji” ASC-nin İdarəsinin xidmət rəisinin müavini ya vəzifəsindən süi-istifadə edərək qısa müddətdə külli-miqdarda dövlət vəsaitini mənimsəmişdir, ya da rəisi ilə arasında olan gizli pul sövdələşmələrindən və digər etika xatirinə yazmaq istəmədiyimiz məsələlərdən xəbəri olmuş və ondan şantaj yolu ilə bu qədər pul tələb etmişdir.
Bu mesajlaşmanın səhəri günü sürücü İntiqam İsayev Mingəçevir şəhərində yerləşən “Azərenerji” ASC-nin DRES stansiyasına xidməti işə göndərilir. Bundan xəbər tutan Mehinin idarədəki “qoruyucu mələkləri” hesab edilən, Üzeyir Yusifovun qardaşı uşaqları Yusifov Nicat və Yusifov Ziya qohumları dərhal İntiqamı cəzalandırmaq üçün Mingəçevirə gedir və idarənin həyətində, bütün kameralrın qarşısında  sürücünü avtomobilin içindəcə möhkəm döydükdən sonra onu sürüyüb həyətə salır və yenə davam edirlər. Mühafizə xidmətinin müdaxiləsindən sonra sürücü Mingəçevir şəhər Polis İdarəsinə gələrək döyülməsilə bağlı şikayət ərizəsi verir. Aparılan araşdırmadan, həkimin verdiyi rəydən və kamera görüntülərindən, sürücünün aldığı ağır bədən xəsarətlərindən aydın olur ki, cinayət hadisəsi baş vermişdir. Hadisə ilə bağlı  Baş Prokurorluğun “Azərenerji” ASC rəhbərliyinə göndərdiyi məktubun araşdırılaraq nəticəsi barədə məlumat verilməsi xahiş olunur. Lakin baş vermiş cinayətlərin ört-basdır edilməsi üçün Balababa  Rzayev 2023-cü ilin sentyabrın 14-də “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidmətinin 4 əməkdaşını, şöbə rəisinin müavini Mehin Zeynalovanı, sürücü İntiqam İsayevi, və digər əməkdaşlar- idarə rəisinin qardaşı oğulları olan Nicat və Ziya Yusifovları işdən azad olunmaları barədə əmr imzalamaqla işini bitmiş hesab etmişdir.
Lakin çox maraqlıdır ki, "Azərenerji" ASC şefinin işdən çıxma barədə əmrindən heç 3 ay keçməmiş, Üzeyir Yusifovun qardaşı oğlanları Yusifov Nicat və Ziya idarədə öz rəsmi işlərinə bərpa olunur və hazırda “ölü can”lar kimi faktiki işləmədən əməkhaqqı alırlar.
Mediada yayılmış bu məlumatlardan da göründüyü kimi Balababa Rzayevin rəhbərlik etdiyi “Azərenerji” ASC- də və ona tabeli qurumlarda özbaşınalıq baş alıb gedir. Göründüyü kimi ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində vəzifə səlahiyyətlərindən su istifadə, dövlət əmlakını talama,  mənimsəmə, korrupsiya hallarına yol verilir və hətta kriminal hadisələr törədilir. Təbii ki, ütün bunların sorunlusu da “Azərenerji” ASC-nin sədri Baba Rzayevdir. Məhz Baba Rayev yaradıb Üzeyir Yusifova bu şəraiti.
 
BƏS ÜZEYİR YUSİFOV KİMDİR?
Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə  rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmiş bir şəxs olub. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 10 milyonlarla manat (o vaxtın kursu ilə) vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının köməkliyi sayəsində azadlığa çıxmışdır. (lakin faktiki olaraq dövlət büdcəsinə ödəmə haqqında heç bir sənəd olmamışdır) Həbsdən çıxmaq üçün onun Mingəçevir şəhərində “Azərpoçt” işçisi olmuş Məlahət adlı qadınla qeyri-rəsmi nikahdan olmuş 2 azyaşlı qızına da dərhal öz soyadını verib cəzasını yüngülləşdirməklə məhkumluq həyatına son qoya bilib.
Göründüyü kimi 2018-ci ildə “Azərenerji” ASC –nin sədri Balababa Rzayevin əmri ilə İstehsalat üzrə Operator rəisi təyin edilib və əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir –tikinti işlərinə nəzarət etməkdir. Həmçinin o da görününr ki, Üzeyir Yusifov əvvəllər törətdiyi cinayət əməlindən heç də peşiman olmamış, əksinə dəstəsilə birlikdə dövlət büdcəsinə külli-miqdarda ziyan vurmaqda davam edir. Bu yolla Üzeyir Yusifovun son illər əldə etdiklərinə bəzi əlavələr edərək diqqətinizə çatdırırıq: (Əvvəlki burada: https://paralel.az/az/article/467043)
  1. Bakı şəhəri, Səbayıl rayonu, Xəqani küçəsi , ev 26/32, mən., 53-də Masallı sakini Orduxandan aldığı və dəyəri 280 000 manat olan 4 otaqlı mənzil,
  2. Bakının Nəsimi rayonu, 28 May küçəsi, 33-də sabiq deputat Elxan Süleymanovun oğlundan 440 000 manata aldığı 4 otaqlı, 165 kv.m sahəsi olan təmirli mənzili,
  3. Bakının Binəqədi rayonu, Novxanı  qəsəbəsində, RES TİME restoranını dönəndən 300 m içəridə, transformatorun yanında dəyəri 500 000 mant olan iki mərtəbəli villası,
  4. Mingəçevir şəhəri, Maqomayev küçəsi 18/18-də yerləşən küçənin sağ və solundakı 12 mərtəbəli binalarda, 115 kv m sahəsi olan 3 otaqlı mənzillər.
  5. Özünün etirf etdiyinə görə Balababa müəllimin ona bağışladığı 2 ədəd villa,
  6. 2019-cu il buraxılışlı, 99 VX 199 dövlət nömrə nişanlı, ağ rəngli 200 000 manata aldığı Rang Rover avtomobili,
  7. 2020-ci il buraxılışlı, 99 ZR 199 nömrəli göy rəngli BMV X-6 avtomobili,
  8. Kürəkəninə aldığı 2020-ci il buraxılışlı 99 CY 199 nömrəli MERCEDES avtomobili,
  9. CİP Camar markalı avtomobili,
  10. 2019-cu il burxılışlı KİA  STİNGER markalı, 99 UC 199 nömrəli göy avtomobil,
  11. Hazırda yeni 2022. Buraxılışlı Hundai Sonata, 77 PB 199 nömrəli xidməti avtomobilini idarə edir. Digərləri qarajda toz basır.
  12. Qızı Əliyeva Aysu Üzeyir qızının adına sənədləşdirdiyi və 600 000 manata aldığı, Bakı şəhəri, Xətai rayonu, 55 saylı orta məktəbin yanındakı, 122 kv m sahəsi olan “AY Beauty Gallery” gözəllik salonu.,
  13. Bakı, Səbail rayonu, “Hökümət Evi”nin arxasında yerləşən binadan aldığı 500 000 manat dəyəri olan mənzili,
  14. Hazırda evində saxladığı 820 000 AZN nağd pul kütləsi.
  15. 2024-cü ildə həyat yoldaşı Suğra Yusifovanın adına sənədləşən Mingəçevir şəhərinə bir neçə km qalmış, yolun sağında yerləşən 0.24 ha torpaq sahəsi və üzərində tikilməkdə olan 2 ədəd ikimərtəbəli villalar.
  16. 2024-cü il buraxılışlı M.Zeynalovaya hədiyyə etdiyi “Tayota” markalı avtomobil.
  17. Bunlar təkcə bizə məlum olan və 2018-ci ildən sonar Ü.Yusifovun “Azərenerji” ASC-də vəzifəyə təyin edildikdən dərhal sonra əldə etdiyi əmlakların bir qismidir. Qeyd edək ki, qızı Aysel üçün dəyəri 650 000 manata aldığı gözəllik salonundan başqa bütün əmlaklar arvadı Yusifova Surğanın adına rəsmiləşdirlmişdir. Xatırladaq ki, idarə rəisinin həyat yoldaşı ev xanımı olmuş və bu günədək  heç yerdə işləməmişdir. Və bu qədər əmlakların əldə edilməsi üçün maliyyə mənbəyi olmamışdır.
Son məlumatlara görə “Azərenerji” ASC-nin İdarə rəisi Üzeyir Yusifov yeni layihələrin icrası ilə əlaqədar hazırda Mingəçevir DRES-də fəaliyyət göstərir və adları rəsmi işə “ölü can”lar kimi yenidən yazılan qohumları olan Yusifov Nicat və Ziya isə Mingəçevir şəhərinə çatmamış yolun sağ tərəfində iki ədəd yanaşı tikilməkdə olan, yaşıl dam örtüklü ikimərtəbəli özəl villalalrın tikinti işlərinin icrasını tapşırmışdır. Hər iki villanın tikintisi üçün ayrılmış torpaq sahəsi Ü.Yusifovun 2018-ci ildən vəzifəyə təyin edildikdən sonra əldə etdiklərinin hamısını həyat yoldaşı, evdar qadın olan Suğra Hüseyn qızı Yusifovanın adına sənədləşmişdir. ( https://www.youtube.com/watch?v=vPlc6r5xd_g
Göründüyü kimi “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifov ailəli bir şəxsdir. Amma buna baxmayaraq idarə rəisi hansısa səbəbdən öz əməkhaqqı kartını da işdən qovulan Mehin Zeynalovaya verməyə məcbur olmuşdur. Maraqlıdır, 66 yaşlı bir dövlət məmurunu 24 yaşlı bir xanımdan asılı edən, çəkindirən, qorxudan nədir?
KİMDİR MEHİN ZEYNALOVA?
Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirdikdən sonra, 2022-ci ilin aprel ayından “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində mühəndis vəzifəsinə qəbul edilib.

İdarə ona 2023-cü ilin sentyabrında işdən çıxarılan kimi tez tez ezamiyyə vərəqi vermiş və həftəlik ona 2000 manat ezamiyyə xərci hesablanmışdır. Üzeyir Yusifovun bu xanıma hədiyyə etdiyi əvvəlki KİA markalı avtomobil 2022-ci ildə toyundan 1 ay əvvəl Zirə yolunda törətdiyi avtoqəzada yararsız hala düşmüşdür. Onun əvəzinə səxavətli rəis yeni 90 MY 290 dövlət nömrə nişanlı, SOUL markalı yeni avtomobili alıb hədiyyə edib. Bunlardan əlavə Üzeyir Yusifov Mehin Zeynalovanın anasının adına Abşeronda, Masazır qəsəbəsində balaca bir villa, Saray qəsəbəsində isə 12 sot torpaq sahəsi alıb hədiyyə edib. İşdən çıxdıqdan sonra isə Üzeyir Yusifov tərəfindən Mehin Zeynalovaya 2024-cü ilin yanvarında yeni “Tayota” markalı bahalı avtomobil hədiyyəsi edilib. Bunlara baxmayaraq idarə rəisi hansısa təzyiqə görə öz əməkhaqqı kartını da işdən qovulan bu xanıma verməyə məcbur olmuşdur.
Buradan ortaya suallar çıxır: “Azərenerji” ASC-nin idarəsində mühəndis vəzifəsində yenicə işə başlamış Mehin Zeynalovaya nəyə görə, hansı üstün cəhətlərinə görə 2022-ci ilin aprelindən başlayaraq hər həftə üçün ezamiyyə xərci 2000 manat, digər peşəkar mütəxəssislər üçün 350 manat hesablanmışdır?
Sürücü İntiqam İsayevin Mehin Zeynalovadan şantaj yolu ilə 50000 manat pul tələb etməsi daha maraqlıdır. Bir ildir işə başlamış bir xanım 50 manat haradan ala bilər?  Bu hadisəyə görə sürücünün Mingəçevir DRES-in həyətində Nicat və Ziya Yusifovlar tərəfindən döyülməsi faktı necə ört-basdır edilmişdir?
Göründüyü kimi “Azərenerji” ASC-nin Enerji İstehsalı Operatorun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsində film kimi olaylar baş verir. Burada korrupsiya əməllərindən tutmuş kriminal hadisələrə, məhəbbət səhnəsinə qədər süjetlər var. Baş rolda "Məcnunu" oynayan Üzeyir Yusifov oynayır. Yalnız Baba Rzayevin bu filmdə hansı rolda olduğu bəlli deyil. Çünki o, idarədə baş verən və verməkdə davam edən özbaşınalıqların qarşısını almaqda maraqlı deyil. Yuxarıda qeyd etdiyimiz kimi Baba Rzayev uzun illərdir rəhbər vəzifələrdə çalışır. Necə olur ki, onun təyin etdiyi kadrlar işlərində yuxarıda sadaladığımız kimi xoşagəlməz hallara yol verirlər? “Azərenerji” Enerji İstehsalı Operatorun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovun əldə etdiyi milyonların hesabını niyə sormur Baba Rzayev işçisindən. Mətbuat yazır ki, Üzeyir Yusifov maaş kartını Mehin Zeynalovaya verib. Baba Rzayev bunun səbəbini sevimli kadrından niyə soruşmur. Baba Rzayev hər işlədiyi yerdə xanımlara avtomobil alan işçisindən bunların hansı pullarla əldə etdiyini niyə soruşmur? Təbii ki, Üzeyir Yusifov bütün bunları dövlət vəsaitini talamaq yolu ilə əldə edir. Bunu Baba Rzayev də çox yaxşı bilir. Amma çox maraqlıdır ki, haqqında yayılan bu kimi xoşagəlməz məlumatlardan sonra  “Azərenerji” sədri öz kadrı Üzeyir Yusifovun barəsində tədbir görmək əvəzinə ona daha da geniş şərait yaradır. Üzeyir Yusifov da öz növbəsində, ətrafındakı bəzi xanımlara...
Mediatv.az







Xəbəri paylaş


 
 


Xəbər lenti