Şəkidəki 8 saylı İmtahan-Qeydiyyat idarəsindən rəisi hərtərəfli biznesmendi – həm elə qazanır, həm də belə…



Bunları Aktualinfo.org-a bölgədəki mənbələri xəbər verib. Qeyd edilir ki, əhali daha çox Şəki rayonundakı 8 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsində baş alıb gedən kütləvi rüşvət mexanizmindən və buna görə vətəndaşların sürücülük vəsiqəsi almalarının imkansız olduğundan şikayətlənirlər.
Şikayətçilər əsasən bildirir ki, rüşvət vermədən sürücülük vəsiqəsi almaq mümkün deyil və qanunlara uyğun şəkildə sürücülük vəsiqəsi almaq istəyən vətəndaşların hüquqlarını kütləvi şəkildə pozulur. Müraciət edənləfr bildirir ki, Baş Dövlət Yol Polis İdarəsinin Şəki rayonundakı 8 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsinin rəisi Müşfiq Sadıqov və müavini açıq-aşkar şəkildə sürücülük vəsiqəsi “alveri” ilə məşğul olurlar. Bunu sübut etməyə belə zərurət yoxdur, çünki istənilən şəxs imtahan günlərində Şəki şəhərində, Zərifə Əliyeva küçəsində yerləşən 8 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsinin inzibati binasında baş alıb gedən biabırçılığı istədiyi qədər və açıq-aşkar şəkildə seyr edə bilər. Şikayətçilər bildirir ki, burda rüşvət o qədər “şəffaf” alınır ki, bunu şərh etmək və ya da, isbat etmək üçün əziyyət çəkməyə belə dəyməz.
Mənbəmizin bildirdiyinə görə, Şəki rayonundakı 8 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsində B kateqoriyası üzrə sürücülük vəsiqəsi 1200-1500 manata satılır. Yəni kimliyindən asılı olmayaraq və ümumiyyətlə avtomobil sürə bilib bilməməsindən asılı olmayaraq, bu məbləği verən hər kəs sürücülük vəsiqəsini bir günün içində ala bilər. “BC” kateqoriyası üzrə sürücülük vəsiqələrinin qiyməti görə tələb olunan məbləğ 1300-1500 manatdır. “E” kateqoriyasını əldə etmək isə həm çətin, həm də bir qədər baha başa gəlir.
Bizim əldə etdiyimiz məlumata görə bölgədə vətəndaşlarla sürücülük vəsiqəsi alverinin “dəllalığını” Müşfiq Sadıqovun Şəkidəki köhnə dostları həyata keçirir. Axı Müşfiq Sadıqov əvvəllər də, uzun illər Şəki rayonundakı 8 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin rəisi olub. Müşfiq Sadıqov sürücülük vəsiqəsi “biznesi” ilə Şəkidə hektarlarla torpaq sahəsi alaraq taxıl əkdirib, böyük heyvandarlıq ferması yaradıb. Bundan başqa Müşfiq Sadıqov Bakıda bir neçə restoran və kafe tikdirib, həmçinin əvvəl işlədiyi Xaçmaz rayonunda və Bakı şəhərində dəbdəbəli villa da tikdirib. Dəyəri milyon manatla ölçülən bu qədər sərvəti şübhəsiz ki, şöbə rəisi məvacibi hesabına əldə etməyib.
Burada maraqlı bir məqam var. Görəsən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov 8 saylı İmtahan-Qeydiyyat idarəsinin rəisi Müşfiq Sadıqovun biznes şəbəkəsindən xəbəri varmı? Söhbət təbii ki, sürücülük vəsiqəsi “biznesi”ndən getmir. Ondan Baş Dövlət Yol Polisi İdarəsi rəisinin hər axşam xəbəri olur. Söhbət Müşfiq Sadıqovun fermer təsərrüfatlarından, kafe, restoran biznesindən gedir.
Aktualinfo.org
Xəbəri paylaş