“Güvən 2012” ölkədən külli miqdarda pul çıxarıb?

 
Dünən, 11:52            85 dəfə baxılıb
Ötən il Dövlət Gömrük Komitəsi ilə qalmaqal yaşayan “Güvən 2012” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Tribunainfo.az xəbər verir ki, “Güvən 2012” şirkəti İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.



Xəbəri paylaş


 
 


Xəbər lenti