İTM Agentlik sədrinin müşavirinin şirkəti ilə 1.12 milyonluq müqavilə bağlayıb
Dünən, 11:11 98 dəfə baxılıb
TƏBİB-in tabeliyində olan İnnovasiya və Təchizat Mərkəzi yeni ilin ilk ən böyük tenderinin qalibini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dünən bununla bağlı tenderin nəticələri məlum olub.
Belə ki, Mərkəz “İnformasiya təhlükəsizliyi məlumatlarının və hadisələrinin idarə edilməsi həlli”nin satın alınmasına dair müsabiqəsini yenkunlaşdırıb. Həmin tenderin qalibi “CYBER POİNT” MMC olub və bu şirkətlər 1.122.682,77 manatlıq müqavilə imzalanıb.
“CYBER POİNT” MMC-nin rəhbəri haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Şirkətin hüquqi ünvanı kimi, Bakıxanov küçəsi göstərilir. Lakin bu şirkətin əsas qurucularından birinin yüksək vəzifəyə təyinat alması izləri başqa yerə aparıb çıxarır.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, 2022-ci ilin avqust ayından son təyinatına kimi isə “Cyber point” şirkətində Maliyyə departamentinin rəhbəri və direktor müavini kimi çalışan Elvin Məmmədov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədrinin müşaviri təyin edilib.
Onun hazırda həmin postu tutmasına baxmayaraq, yenə də şirkəti idarə ertməsinə dair iddialar var.
Amma “İnnovasiya və Təchizat Mərkəzi”nin də adı az qalmaqala qarışmayıb. Belə ki, Hesablama Palatası Mərkəzin 2020-2021-ci illərdəki fəaliyyətini araşdırarakən, bir sıra qanun pozuntuları aşkarlayıb. Məlum olub ki, qeyd edilən illərdə Mərkəz 228,1 mln. manat vəsait alıb. Həmin məbləğin 202,5 mln. manatı dərman vasitələri, tibbi ləvazimatlar və materiallarının, 18,7 mln. manatı isə tibbi avadanlıqların alınmasına yönəldilib.
Palata müəyyən edib ki, sözügedən Mərkəz bəzi hallarda illik tələbatdan daha çox dərman alıb. Bu da faktiki tələbatın müəyyənləşdirilməməsi və paylanmada nəzərə alınmaması proqramlar çərçivəsində xəstəxanalar üzrə bir xəstəyə düşən vəsaitin məbləğinin nəzərəçarpacaq dərəcədə fərqlənməsi ilə nəticələnib.
Bundan başqa, Auditlə Mərkəz tərəfindən 2018-2021-ci illərdə alınmış 100 halda 3342,5 min manat məbləğdə tibbi avadanlıq, inventar və ehtiyatlar, eləcə də, 2018-ci ildə 2 halda humanitar qaydada verilmiş 622,9 min manat məbləğdə hemodializ avadanlıqları, eləcə də cəmi 215,0 min manat məbləğdə tibbi ləvazimat və dərman vasitələrinin istifadə müddəti bitənədək anbarda istifadəsiz saxlanıldığı müəyyən edilib. Eləcə də, hüquqi aktların tələbləri pozularaq 1,2 mln. manat məbləğində dərman vasitəsinin istifadə təlimatları azərbaycan dilinə tərcümə olunmayıb.
Hesaablama Palatasının araşdırmasından məlum olub ki, eyni molekulyar tərkibə, lakin fərqli qiymətlərə malik dərmanlar üzrə bəzi hallarda daha ucuz qiymətlər tətbiq edilməyib. Nnəticədə, həmin hallar üzrə daha çox vəsait istifadə olunub.
Bu azmış kimi, İnnovasiya və Təchizat Mərkəzi funksional fəaliyyət tələbata və dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində təşkil edilməmiş, 847,9 min manat məbləğində dövlət vəsaitinin akkreditiv hesablara köçürülməsi ilə faktiki olaraq istifadə olunmadığı halda büdcə vəsaitlərinin kassa icrasına aid edilmiş, bu isə hesabatlarda təhriflərə yol açıb.
Maraqlıdır ki, sözügedən mərkəz müqavilələrdə yararlılıq müddəti istehsal tarixindən ən azı 60,0% səviyyəsində müəyyən edilsə də, 6 adda dərman vasitəsinin yararlılıq müddəti 30%-dən aşağı, 10 adda dərman vasitəsinin yararlılıq müddəti 30-40%, 36 adda dərman vasitəsinin yararlılıq müddəti 40-50% və 129 adda dərman vasitəsinin yararlılıq müddəti 50%-60% aralığında olmuşdur. “Mərkəz tərəfindən qiymət intizamına nəzarət edilməmiş, bir sıra hallarda obyektiv iqtisadi səbəblər olmadan bəzi malların alınması zamanı daha baha qiymətlər tətbiq olunmuş, eləcə də auditin əhatə etdiyi illərdə eyni mal üzrə fərqli qiymətlərlə alışlar həyata keçirilmiş, eyni dərman vasitələri bəzi müqavilələrdə və podratçılardan bir il daxilində fərqli qiymətlərlə alınmışdır”.
Hesablama Palatası həmçinin müəyyən edib ki, ölkədə bu sahədə alışı həyata keçirən qurumlar üzrə məlumatların müqayisəsi ilə eyni dərman vasitəsi üçün bəzi hallarda Mərkəz tərəfindən, bəzi hallarda isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və TƏBİB tərəfindən müqavilələr daha yüksək qiymətlərlə bağlanılıb.
Rəsmi məlumatda qeyd edilir ki, həmin dövrdə tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcədə audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Yazıda adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş