Meşə fondu torpaqlarında qanunsuz ev tikintisinə kim icazə verib?

 
Dünən, 12:21            173 dəfə baxılıb
Azərbaycanın bəzi bölgələrində ana təbiətə biganəlik görəsən haradan qaynaqlanır?Masallı, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Ləzir meşələrinin 1 saylı meşəbəyliyin 2A saylı dolayında yüzlərlə cavan ağac qanunsuz şəkildə meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilərək satılması, Cəlilabad meşəbəyliyinin 1, Göytəpə meşəbəyliyinin 13 və 16 saylı meşə dolaylarında ağacların kütləvi kəsilməsi, Masallı rayonunun Böyük Xocavar kəndindəki meşələrin məhv edilməsi ilə yayılmış və təkzib olunmamış video və foto faktlar da bu qəbildəndi.Meşələrdə əsasən qoz, cökə, palıd, vələs ağacları məhv edilir. Sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır.
Redaksiyamıza daxil olan başqa bir məlumatda bildirilir ki,11 saylı RMTM- nin Göytəpə meşəbəyliyinin 12 saylı dolayı və 18 saylı dolaylarda meşə fondu torpaqlarda taxıl əkılməsi və Masallı rayonunun Yeyənkənd meşəbəyliyində kənar meşə adlanan ərazisində və yeni Zuvand kənd meşə fondu torpaqlarında qanunsuz evlərin tikilməsi halları baş vermişdir. 11 saylı RMTM- nin direktoru Nəsimi Nəsibov bütün bunları adı hal kimi qəbul edir.Görünür ETSN-nin Meşə təsərrüfatı departamentinin xidmət rəisi Ramik Əşrəfov da Nəsimi Nəsibova təsir etmək iqtidarında deyil.Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi də heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş.Butün bunlar son nəticədə meşələrin keçəlləşməsinə səbəb olmaqla yanaşı, nazirin apardığı "Yaşıl Dünya" siyasətin əksinə olaraq "Yaşıl soyqırım'a vəsilə olur.
 Əyalətmedia.az
 







Xəbəri paylaş


 
 


Xəbər lenti