Vətəndaş yaşadığı yerdəki xoşagəlməz səs-küydən dövlət qurumlarına müraciət etdi

 
16-01-2025, 11:19            117 dəfə baxılıb
Bakı şəhəri, Xətai rayonu,Çingiz xan Kərimov küçəsi 100 ünvanda yaşayan Abdullayeva Nuridə Qalib qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse – prezidenti Mehriban xanım Əliyevaya, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, DTX rəisi cənab Əli Nağıyevə Daxili işlər naziri Vilayət Eyvazova, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Azərbaycan Respublikası Ailə,Qadın və Uşaq problemləri Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevaya Yaşadığ ərazidə yüksək səs-küyün və tərbiyəsizliyin qarşısının alınması ilə bağlı üzləşdiyi problemin həll olunmasına köməklik göstərmələri barədə şikayət ərizəsi ünvanlanıb.
Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş şikayət ərizəsində vətəndaş yazır ki,
Mən, Abdullayeva Nuridə yaşadığım Bakı şəhəri, Xətai rayonu, Çingiz xan Kərimov küçəsi 100 ünvanda mənzilin altı qəlyanxanadı. Gecələr işləyir, bizi də yatmaga qoymur. Şikayətimi dəfələrlə etmişəm istər cənab nazirə, istərsə də Bakı Şəhər İcra hakimiyyətinə. Dəfələrlə DİN-in 102 xidmətinə amma ne xeyri. Onlara heç kim bata bilmir. Prezidentin qərarını nəzərə almayan obyekt sahibi nazirdən heç qorxmaz.
Evdə azyaslı uşaqlarım var yuxusuz qalır, səhər durub məktəbə gedə bilmirlər. Duz 4 ildi bu zülmü çəkirəm. Yüksək musiqi səsindən yemek, qəlyan iyinden səsdən küydən gecə boyu bizə yatdı yoxdu. Onlar nə vaxt yatsa biz də o vaxt Allah Kərimdir yatiriq. Musiqi bir tərəfdən, həm də mahnı oxuyurlar, əlləriilə bir stolu çalırlar hamisi da evin içinde eşidilir.
Cenab Prezident İlham Əliyevə və ölkənin 1 ci xanımı Mehriban Əliyevaya da yazmisam. Size de bildirirem buna bir son qoyun. Mənim əlacım özümü gedib o “Papaq” qəlyanxanasında öldürmeye qalıb.
Bu qoçuların dövlətə də heç bir xeyri yoxdur, olsa gündəlik işlədikləri 20 saatın vergilərini də düz əməlli verərlər. Evdəki balaca uşaqlar gecələr bu yerdə olan səviyyəsiz küçə danışıqlarını eşidib tərbiyələri də pozulur. Belə olmaz! Elə bil ki, qanunların bunlara aidiyyatı yoxdur. Hamıdan xahiş edirəm ki, bu özbaşına adamlara qanunları başa salsınlar ki, yuxarı mənzildə insanlar yaşayır.

Aktualinfo.org




Xəbəri paylaş


 
 


Xəbər lenti