Sülh olmayacaq, müharibə davam edəcək – Cəbhə xəttində gərginlik artır
Bu gün, 11:21 104 dəfə baxılıb
“Rusiya-Ukrayna müharibəsində son duruma baxsaq, iki istiqamətdə intensiv döyüşlərin getdiyinin şahidi olarıq. Birincisi Kurskdur. Məlum olduğu kimi avqust ayında Ukrayna bu əraziyə həmlə etmişdi. Təxminən 1200 kvadrat kilometrlik ərazini tutmuşdular. Dekabrın sonlarında Ukrayna yenidən o həmlələri başlatdı. Hazırda da intensiv döyüşlər getməkdədir”.Bu fikirləri açıqlamasında Rusiya-Ukrayna müharibəsində son durumu dəyərləndirən politoloq Sultan Zahidov deyib.
Onun sözlərinə görə, Ukrayna mümkün danışıqlar prosesi başlayana qədər cəbhədə müəyyən irəliləyişlərə nail olmağa çalışır ki, nəticədə danışıqlar masasında mövqeyi möhkəmlənsin:
“Digər tərəfdən Donbas istiqamətində rusların irəliləyişlərinin şahidi oluruq. Ən son Kuraxovo şəhərini ələ keçirdiklərinə dair məlumat yayıldı. İndi ruslar Pokrovskun 5 km yaxınlığındadırlar. Əgər bu şəhər ələ keçirilərsə, Ukrayna ciddi strateji itki ilə qarşılaşacaq. Bütün Donbasın sürətlə ələ keçirilməsinə vəsilə ola bilər.
Hər iki tərəf bir-birilərinin ərazilərini qarşılıqlı şəkildə raketlər və dronlarla hədəfə alırlar. Hələ ki üstünlük Rusiyadadır. Donbasda dekabr ayında 400 kv km ərazi ələ keçiriblər. Görünür, indiki halda tərəflər danışıqlar masasına oturarsa, bu heç də Ukraynanın lehinə olmayacaq”.
Politoloqun sözlərinə görə, tərəflər arasında danışıqların baş verməsi üçün lazımi şərtlər yetişməlidir:
“ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp son açıqlamalarında da bildirdi ki, 6 aydan tez bir zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüş həyata keçirilər. Proseslə bağlı təyin olunan nümayəndələrin yaydığı bəyanatlarda da qeyd edilib ki, hazırda Rusiya ilə ABŞ arasında danışıqlara hazırlıq mərhələsidir. Bu o deməkdir ki, Trampın andiçmə mərasimindən sonra da məsələyə ciddi fikir veriləcək. ABŞ ən qısa zamanda Rusiya və Ukraynanı danışıqlar masasına oturtmağa çalışacaq. Rusiya heç bir halda güzəşt etmək istəmir. Hazırda sülh müqaviləsi deyil, tərəflər arasında atəşkəs imzalana bilər”.
Politoloq qeyd edir ki, Donald Trampın Ukrayna və Rusiya üzrə təyin etdiyi xüsusi nümayəndəsi Kit Kelloqun planına görə tərəflər təmas xətti boyunca hərbi əməliyyatları dayandırıb, müvəqqəti atəşkəs imzalayır və Ukrayna buna razılıq verərsə, ABŞ-ın Ukraynaya humanitar yardımı davam edir:
“Rusiya bu prosesə razılıq vermədiyi halda isə ABŞ-ın Ukraynaya həm də hərbi yardımı daha da artacaqdır. Plana görə, Rusiya mövcud ərazilər üzərində nəzarəti saxlayacaq və Ukraynada NATO-ya daxil olmaq prosedurunu qeyri-müəyyən müddətdə təxirə salacaqdır. Bu atəşkəs şərtləri daha çox Rusiyanın mövqeyinə uyğundur. Çünki o, heç bir ərazini güzəştə getməyəcək. Rusiyanın Donbasda əldə etdiyi uğurlar fonunda tərəflər masaya oturarsa, Rusiya daha çox şey istəyə bilər. Məsələn, bütün Donbas, yaxud da bütün Zaparojye. Bu da heç bir halda Ukraynanı qane etməyəcək”.

Xəbəri paylaş