Vardanyanın sonunu gətirəcək mitinq: - “Onu ermənilər özü...”
27-12-2022, 12:58 66 dəfə baxılıb
Ruben Vardanyan Qarabağ erməniləri arasında separatçılığı və Azərbaycana qarşı münaqişəni yenidən alovlandırmaq niyyətindədir.
Onun dekabrın 25-də Xankəndidə təşkil etdiyi mitinq də bögədə reinteqrasiyanın qarşısını almağa və erməniləri silahlı mübarizənin vacibliyinə inandırmağa hesablanmışdı. Bu həm də Vardanyanın siyasi baxımdan əlinin gücləndirilmək məqsədi daşıyan bir tədbir idi. Vardanyanın mitinqdəki çıxışı zamanı erməniləri döyüşə hazır olmağa çağırması revanşizm dalğası üzərində qondarma rejimin başına gəlmək üçün özünün “xilaskar” obrazının yaradılmasına xidmət edir.
Ancaq Vardanyan amilinin formalaşdırğıdı siyasi konyuktur Azərbaycanın ərazi bütövlüyünə təhlükə yaratmaqla yanaşı, Rusiya ilə münasibətlərdə ciddi problem yarada bilər. Əlbəttə, rəsmi Moskva Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxdığını əsas gətirməklə bu məsələyə aidiyyəti olmadığını göstərməyə çalışır. Buna baxmayaraq, Vardanyanın Rusiya “kartı” olduğu hər kəsə yaxşı məlumdur. Ona görə də Azərbaycanla fikir ayrılığı yarandığı təqdirdə, Rusiya təzyiq vasitəsi kimi bu xarici elementi fəallaşdıra bilər. Xankəndidə keçirilən mitinq də bunu göstərməyə hesablanmışdı.
Rusiya Vardanyan amilinə həm də 2018-ci ildən sonra siyasi süquta uğramış “Qarabağ klanı”nı dirçəltmək vasitəsi kimi baxır. Bununla da Moskva həm bölgədə status-kvonu bərpa etməyə, həm də Ermənistanda Qərbyönlü Paşinyan hakimiyyətinə qarşı revanşist bloku gücləndirməyə çalışır.
Vardanyanın son açıqlamaları, o cümlədən mitinqdəki çıxışı erməniləri azərbaycanlılarla birgə yaşayışın mümkün olmadığına və yeni müharibəyə hazırlaşmağa inandırmaq məqsədi daşıyıb. Vardanyan ermənilərin üç yolu olduğunu bildirib:
”“Birincisi, Azərbaycana inteqrasiya olunuruq. İkincisi, burdan köçüb gedirik, üçüncüsü, döyüşürükq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacağam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəyəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.
Bununla da Vardayan erməniləri reinteqrasiyadan imtina etməyə, Qarabağdan köçüb getməməyə və yeganə çıxış yolu kimi silahlı mübarizəyə bağlamağa çağırır. Bu isə yaxın perspektivdə regionda eskalasiya riskinin yüksək olduğunu deməyə əsas verir. Politoloq Əhməd Əlili Cebhe.info-ya açıqlamasında bildirib ki, Vardanyanın verdiyi sözün arxasında Rusiya dayandığı təqdirdə ciddi qəbul oluna bilər. Amma Azərbaycan və Rusiya arasında Laçın-Xankəndi yolu ilə bağlı müəyyən razılaşma əldə olunarsa, Vardanyanın fikirləri öz əhəmiyyətini itirəcək:
“Ona görə də hesab hesab edirəm ki, Vardanyanın sözlərinin, çağrışların gücü Rusiyanın Qarabağ məsələsindəki gücünün effektivliyindən asılıdır. Biz isə Rusiyanın Qarabağda təsir imkanlarının azaldığını görürük. Qarabağ erməniləri Rusiya ilə bağlı narazı fikirlər səsləndirməyə başlayıblar. Hətta qondarma rejimin hərbçiləri bəyan ediblər ki, Azərbaycana nə isə güzəştə getmək lazım gəlsə, bunu biz edərik, Rusiyanın burada olmasına ehtiyac yoxdur. Halbuki, Qarabağ erməniləri arasında Rusiyanın mövqeyi Ermənistanla müqayisədə daha güclüdür. Əgər bu gün Qarabağ erməniləri arasında Rusiyadan narazılıq artırsa, bu, o deməkdir ki, bir müddətdən sonra onlar Vardanyanı istəmədiklərini deyəcəklər. Yəni bildirəcəklər ki, Rusiyanın mövqeyi burada zəifdir və onun adamının mövqeyi Qarabağ ermənilərinin fikrini əks etdirmir. Bir müddətdən sonra Qarabağ erməniləri özləri Vardanyanın onlar tərəfindən seçilmədiyini, Rusiya tərəfindən təyin edildiyini və fikirlərini də diskreditə edəcəklər”.
Əhməd Əlili hesab edir ki, dekabrın 5-də keçirlmiş mitinq Vardanyana ermənilər arasında dəstəyin olduğunu nümayiş etdirmək məqsədi daşıyırdı.
“Amma Vardayan özü mitinqdə bəyan etdi ki, bu mitinqin baş tutmaması üçün əlindən gələni edən insanlar var. Ona görə də bu Vardanyanın daxildə hansı gücə sahib olduğunu göstərmək məqsədi daşıyırdı. Ümumiyyətlə, Vardanyanın ora göndərilməsi Rusiya-Azərbaycan münasibətlərinin elementidir və mitinqin keçirilməsi də bu amillə bağlıdır”.
Politoloq qeyd etdi ki, Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutmaması daha çox Paşinyan hakimiyyəti ilə Kreml arasındakı münasibətlərdə “soyuqluğun” yaranması ilə bağlıdır. Ermənistan tərəfi Rusiyadan narazı qaldığını və Moskvanın mediatorluğu ilə keçirlən görüşlərdə iştirak etməkdə maraqlı olmadığını göstərir.

Xəbəri paylaş