BŞİH-də ixtisarlar, tabeliyində olan təşkilatlarda isə kadr islahatları gözlənilir

 
7-03-2026, 11:40           
İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) və tabeliyində olan təşkilatlarda ixtisarlar gözlənilir.Eləcə də bir sıra kadr islahatları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qərar qəbul edəcəyi vurğulanır.
Əldə etdiyimiz məlumata görə,islahatların Yaşıllaşdırma Təsərrüfatı Birliyində,Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentində, “Lifttəmir” İstehsalat Birliyində aparılacağı bildirilir.Belə ki, “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Xalid Ələkbərovun vəzifəsindən kənarlaşdırılacağı,Nərimanov rayon Mənzil-Komunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafovun isə islahatlar çərçivəsində,ola bilsin Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamentinə müavin vəzifəsinə irəli çəkiləcəyi qeyd olunur.
Qeyd edək ki,bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.Məlumata görə, müşavirədə şəhərin təsərrüfat məsələlərinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar. 
Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib.
Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini də tələb edib. /faktinfo.az




Xəbəri paylaş


 
 


Xəbər lenti