"Azərpoçt"un rəhbəri işdən çıxdı

 
Bu gün, 10:39           
Azərpoçt MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev işdən çıxıb.
Əyalətmedia.az Report-a istinadla xəbər verir ki, o, PAŞA Kapital İnvestisiya Şirkəti QSC-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, İ.Mustafayev 2000-ci ildən müxtəlif şirkət və banklarda iqtisadçı və departament direktoru kimi rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İdarə Heyətinin üzvü olub.





Xəbəri paylaş


 
 


Xəbər lenti