Biz ermənilərə nəyi güzəştə getməliyik ki? - AÇIQ SÖHBƏT
1-11-2022, 12:30 73 dəfə baxılıb
“Ermənistanla Azərbaycan arasında gələcək sülh müqaviləsi hər iki tərəfin güzəştinin nəticəsi olacaq”.
Əyalətmedia.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Soçidəki üçtərəfli görüşdən sonra deyib.
İrəvanın güzəşti
Əvvəlcə ondan başlayaq ki, Ermənistan II Qarabağ müharibəsinin məğlub və kapitulyasiyaya imza atmış tərəfidir. Hazırda onların “baş üstə” deyib dərhal icra etməli olduğu öhdəliklər var:
– Azərbaycanın ərazi bütövlüyünü tanımaq
– Qarabağdakı separatçıların tərkisilah olunması (bu, sülhməramlıların da vəzifəsidir)
– Hələ 1905-ci ildən başlayaraq ermənilər Naxçıvanda soyqırım aktları həyata keçirib. Onların işğal planında Naxçıvan Qarabağdan əvvəldə olub. Buna görə də ermənilər işğalçılıq ümidlərini itirmir və Naxçıvanın Azərbaycan ilə birləşməsinə mane olurlar. Onların işğal planlarının qarşısında isə 1921-ci ilin imzalanan Qars müqaviləsi dayanır
• Qars müqaviləsinin 5-ci maddəsinə və 3-cü əlavəsinə əsasən Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri tərəfindən təsdiq edilmişdir.
– İrəvanın digər qorxusu hay-fars qardaşlığının çəpərlənməsidir. Belə cahil düşüncə yaranmasın deyə 3+3 (Türkiyə, Gürcüstan, Ermənistan, İran, Azərbaycan və Rusiya) formatı da təklif olunmuşdu. Lakin rəsmi Tbilisi bu formatın 2+2 ilə əvəzlənməsinin tərəfdarı oldu. Çünki gürcülər farslarla rusları təhlükəli imperialist hesab edir. Hazırda İranın Qafanda təcili konsulluq açması da Zəngəzur dəhlizi ilə Ermənistansız qalmağın refleksi kimi görünsə də, səbəb başqadır
• Daha əvvəl də xəbər verdiyimiz kimi, molla rejimi Çinin “bir yol, bir kəmər” layihəsinin cənub xəttində dominantlıq “peşinde”dir.
– Zəngəzur dəhlizi ilə bağlı Ermənistan “burcutma”larının əsasını isə bu koridorun Rusiyanın nəzarətində olacağıdır.
Bakının güzəşti
Öncə onu deyək ki, Bakının İrəvana güzəşti yersizdir. 104 il əvvəl İrəvanı paytaxt kimi onlara güzəştə gedib sonrakı işğallarına məruz qaldıq.
– Bakı əsirləri qaytarır
– Laçın koridorunu bağlamır
– Xankəndi separatçılarını sözün hər mənasında zərərsizləşdirməklə qondarma rejimi silah gücü ilə təslim etmir
– Bizə soyqırımlar yaşatmış hibrid millətlə sülh müqaviləsi imzalamaq istəyir
– SSRİ dönəmindən bu yana Azərbaycanda yaşayan 30 min ermənini deportasiya etmir
– Onlara da digər vətəndaşlar kimi yanaşılır və hətta bəziləri mühüm vəzifələrdədir
Sadəcə, burada söhbət başqadır. Rusiya bir əsr əvvəl (1923) regiona “Dağlıq Qarabağ” adı ilə saldığı “qordi düyünü”nü Azərbaycan 44 günlük savaşla açdı. Kreml ilə İrəvan bəzi hegemonluq və ərazi iddialarını sürdürmək üçün müəyyən güzəştlər qarşılığında Bakıya hansısa şərtləri qəbul etdirmək istəyirlər:
• Tutaq ki, ermənilər Xocalıdan çıxarılıb Hadruta yerləşdirilsin, yaxud Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə (mədəni muxtariyyət kimi) hüququ olsun və s.
Lakin diktə edən tərəf Azərbaycandır və Prezident İlham Əliyev Soçidə bunu bir daha nümayiş etdirdi.

Amma Ermənistan bunların heç birinə imza atmır. Heç Arayiki də hələ ki, istintaqa cəlb etmək niyyətləri yoxdur. Halbuki bütün bunları hüquqi ardıcıllıqdır. Çünki Azərbaycanın ərazi bütövlüyünü tanımaq orada fəaliyyət göstərən rejimin qanunsuz olduğu ilə razılaşmaqdır. Onsuz da, Ermənistan “Arsax müstəqilliyi” kimi uydurmanı rəsmən tanımayıb və artıq bunun özü Arutyunyanı məsuliyyətə cəlb etmək üçün kifayətdir.• İrəvanın güzəşti kimi müzakirə olunan məsələ isə Azərbaycan ilə Naxçıvanı quru yolu ilə birləşdirən Zəngəzur dəhlizidir. Ermənilər isə buna qarşıdır:

Xəbəri paylaş