Zərifə Əliyeva küçəsinin sakinləri kömək gözləyir – Evlər su altındadır + VİDEO
13-04-2026, 11:23
Aprelin əvvəlində Bakıda yağan yağışların fəsadları hələ də tam aradan qaldılmayıb. Paytaxt ətrafında bəzi qəsəbələrdə sakinlər evlərə, yollara yığılmış sel sularından əziyyət çəkir.“AzPolitika”ya müraciət edən Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsinin sakinləri də onların sırasındadır.
Sakinlərin “AzPolitika”ya göndəridikləri videomüraciətdə bildirilir ki, 15 gündür mənzilləri su içərisində qalıb: “Vaxtında kömək edilib su çəkilsə idi bu vəziyyətdə olmazdı. Burada yaşayan insanlarla minlərlə manat zərər dəyib”.
Xəbəri paylaş



























