İki idarə rəisi quda oldu – Agentliyin məsul şəxsləri cütlüyə bahalı hədiyyələr bağışlayıblar –FOTOLAR

 
14-04-2026, 12:43           
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki vəzifəli şəxsi qohum olub.
Əldə etdiyimiz məlumata görə, 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin oğlu Ağdaş Yol İdarəsinin direktori Rəhman Əhmədovun qızı ilə ailə qurub.
Toy mərasimi aprelin 11-də Bakıda məşhur şadlıq sarayında – “Meridian park luxure”də keçirilib.
Məlumata görə, toyda AAYDA və ona bağlı idarələrin rəhbər şəxsləri iştirak ediblər. Onlardan bəziləri cütlüyə bahalı hədiyyələr veriblər.
Məsələn, AAYDA-nın Baş mühəndisi Dilqəm Qəniyevin çox bahalı bahalı zinnət əşyası bağışlaması bildirilir: “Dilqəm Qəniyevin belə səxavətli davranması da səbəbsiz deyil…”.
Məlumatda Dilqəm Qəniyevlə xüsusən Məzahir Əliyevi bir-birlərinə bağlayan maraqlı iddialar da var. Onlar mövzunun predmeti olmadığından növbəti yazıya saxladıq./mia.az/
 






Xəbəri paylaş


 
 


Xəbər lenti