Bu gün sizin gününüzdür, can vətən oğlanları - Dastana dönənlərin xatirəsi
27-09-2022, 12:28 121 dəfə baxılıb
Bu gün onların günüdür – düşmənə çəpər-sipər olan, millətin namusunu, vətənin torpağını qanlarıyla qoruyan oğulların.
2 il öncə sentyabrın 27-də onlar dan yeri ağaranda həyəcan siqnalı ilə qalxıb döyüşə atıldılar. Bir çoxları üçün bu, ilk və son döyüş oldu.
Canlarını vətən üçün fəda edənlərin bir çoxu bu hünərvər addımlarının 44 günün tamamında qələbə ilə sonuclanacağını bilmədilər, o günü görmədilər. Heyhatt! Əfsus!
Fəqət onlar əmin idilər, bilirdilər ki, bu “həyəcan siqnalı” o birilərdən deyil, bu, artıq ölüm-dirim savaşıdır, aslan kükrəyişidir, bunun axırı düşmən üçün pis qurtaracaq.
Biz millət olaraq əvvəl-axır, hansısa ayın hansısa bir günündə belə bir kükrəyişin olacağını gözləyirdik. Hətta bunu arzulayır, tələb edirdik.
15 iyul 2020-ci il. Bakı. Orduya dəstək mitinqi
1988-ci ildən bəri davam edən erməni təcavüzkarlığı, ətrafımızı sarmış, arxalı, havadarlı goreşən sürüsünün əlində əsir-yesir qalmağımız bıçağı sümüyə dirəmişdi. Millət itirdiklərini geri almaq, məruz qaldığı haqsız məğlubiyyətin, dözülməz təhqirlərin əvəzini çıxmaq istəyirdi.
Artıq neçə il idi ki, yeni ərsəyə gəlmiş gənc nəsillərin döyüşçü yaşına çatması ilə millət böyük ölçüdə əzilmişlik, döyülmüşlük sindromundan xilas olmuşdu.
Müharibə görməyən, amma erməni aqressiyasının izlərini öz canlarında hiss edən gənclər əmin idilər ki, əmr olsa, qalxarlar və bir ləhzədə düşməni, öz ifadələri desək, qanqal kimi aşırarlar.
Bundan əvvəl onların idmançı olanları tatamidə, rinqdə dəfələrlə erməni rəqibləri ilə üz-üzə gəlmiş, onları göz və əl-qol açmağa imkan vermədən rinqə, tatamiyə sərmişdilər. Bu cür yarışmaların hər onundan doqquzu “aslan”larımızın qələbəsi ilə başa çatırdı.
Güclünün, qıvrağın, qeyrətlinin, ağıllının kim olduğu bariz şəkildə ortadaydı. Bəs necə olmuşdu ki, biz müharibədə məğlub olmuşduq - gənclər bunun obyektiv səbəblərdən ola biləcəyini heç cür yaxına qoymurdular. Onlar yalnız onu bilirdilər ki, biz güclüyük və ömrü boyu məğlubiyyət damğası altında yaşamağa məcbur deyilik.
1988-94-cü illər arasında yaşadığımız məğlubiyyətlərin isə bir neçə çox ciddi səbəbləri vardı. Təklənmişdik, əliyalın idik, düşmən arxalıydı, mütəşəkkil deyildik, ölkədə hərc-mərclik vardı, casuslar, satqınlar, manqurtlar, vətən xainləri iş başındaydı və sair və ilaxır.
Yeni döyüşçü nəsli ərsəyə gələndə isə artıq yeni komandirlər nəsli də yetişmişdi. Gənc generallar hazırlanmışdı. Baş qərargahın da casuslardan, xainlərdən təmizlənməsi ilə həlledici döyüşə tam hazır olacaqdıq.
1994-cü ildə gözü qırılmış və atəşkəs sazişinin imzalanmasına etiraz etməmiş, hətta bunu xilas aktı kimi qəbul etmiş xalq 2020-ci ilin iyulunda, hətta ondan da bir neçə ilə qabaq başqa ritorika seçmişdi. Uzun çəkən yalançı “sülh danışıqları” bəhrə vermirdi və artıq bəlliydi ki, 100 il sonra da verməyəcək.
Ermənilər danışıqları uzadırdılar, sülhə gəlmirdilər, əmin idilər ki, hər keçən gün Qarabağı bizdən qoparır, onlarınkı edir. Ancaq onlar nəzərə almırdılar ki, hər keçən gün 1-ci Qarabağ müharibəsindən ziyan çəkən xalqın qəzəb və hiddətini artırır və bu, bir gün partlayış törədəcək.
Bunun üstünə ermənilər orda-burda özlərini “qalib xalq” adlandırır, ordularının məğlubedilməz olduğunu bildirir, bizə istehza edir, aşağılamağa, cırnatmağa çalışırdılar. Bu davranışın ilk çanağı Macarıstandakı hərbi məktəbin müdavimi Qurgenin başında çatlasa da, bu, ağzıpərto düşmənə dərs olmadı, onlar bu cür işlərindən əl götürmürdülər, hər fürsətdə bizə acıq verirdilər. Şuşada keçirilən festivallar, Laçında, Qubadlıda yeni yaşayış məntəqələrinin tikintisi, Zəngilanda, Cəbrayılda dədə-baba torpaqlarımızın əkilib-becərilməsi və sair və ilaxır hərəkətlər bardağı daşıran damlalar idi.
Yüzlərlə, minlərlə insan artıq belə bir fantastik iddia ilə çıxış edirdi: “Üç milyon onlar deyilmi, 10 milyon da bizik. Bütün millət ayağa qalxaq, qədim müharibələrdə olduğu kimi, özümüzü düşmən səfinə vuraq, görək, onlardan nə qalacaq, bizdən nə qalacaq”.
Bu, ciddi söhbət deyildi, sadəcə, hiddətin şiddətinin göstəricisiydi. O qədər adamın müharibəyə atılmasına ehtiyac yox idi. 27 sentyabrda vətənin bağrından çıxan oğulların az bir qismi Ali Baş Komandanın əmriylə bu problemi həll etməyə qadir və hazır olduqlarını göstərdilər.
Onlar iki il öncə bu gün qalxdılar və düşmən yerə sərili qaldı. Bu dəfə o, tatami və rinqdə deyildi, səngərdə, dağ-dərədə, çay yatağında, kol-kos dibində, qobularda, blindajlarda, bir sözlə, qısıldıqları hər yerdə düşüb qalmışdılar.
27 sentyabra qədər “qəhrəman zinvorlar”dan dastan bağlayan erməni təbliğatçıların haray-həşiri bir günün içində ərşə-gürşə qalxdı. Erməni liderlər Moskva, Paris, Vaşinqton, Brüssel, Amsterdam, Ottava və başqa paytaxtlarda yuxuda olan siyasi liderləri öz həyəcanlı zəngləri ilə oyandırdılar. Amma hamı fakt qarşısında qalmışdı. 28 illik yolagəlməzliyin, maksimalistliyin nəticəsi belə olmalıydı. 1000 tonluq qaya parçası dağdan qopmuş, üzüaşağı yuvarlanmışdı, durdurmaq mümkün deyildi.
27 sentyabrdan ta 9 noyabra qədər cəbhənin bütün istiqamətlərində canlarını vətənə sipər edən oğulların hesabına ölkə tarixi bir töhmətdə qurtuldu.
Biz o dilimizdə dastana dönən fədakar gənclərin hesabına indi şax yeriyirik, dünyanın istənilən yerində haradan gəldiyimizi qürurla söyləyirik. İndi bizi tanıyırlar, sayırlar.
Eybi yox, qoy indi bizi bir az da savaşqan bilsinlər, təki əfəl bilməsinlər, hesab etməsinlər ki, istədikləri vaxt başıqapazlı edə bilərlər.
Vaxtilə ağır günlərdə olduğumuz vaxt bizə yazığı gəlməyən xarici dairələr vard, onlar indi bizə nifrət edirlər. Bu da məqbuldur. Yazıq gündə olmaq bir şey deyil. Bu cür mərd, qoçaq, hünərvər, cəsur oğulları olan millət yazıq gündə olmamalıdır.
27 sentyabr şəhidlərinin qazi qardaşları, hazırda qulluq edən cəngavərlər durduqca, vətənə zaval gəlməz, inşallah. Bizim üzərimizə düşən bir nömrəli vəzifə isə onların qədrini bilməkdir – şəhidlərinkini şəhid kimi, qazilərinkini qazi kimi, əsgərlərinkini də əsgər kimi.
Musavat.com

Xəbəri paylaş