Türkiyədə mədənçi, Bakıda isə geyim nəhəngi: “Hermano” kimə məxsusdur?
23-12-2024, 13:20 98 dəfə baxılıb
Dövlət Gömrük Komitəsi işçilərinə geyim almaq məqsədi ilə keçirdiyi tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, gömrük geyimlərinin satın alınması ilə bağlı “HERMANO” MMC ilə satınalma müqaviləsi imzalanıb.
Müqavilənin dəyəri isə 243.080 manat təşkil edir.
Açıq mənbələrdən belə aydın olur ki, “Hermano” şirkəti geyim sahəsində usta şirkətlərdən biridir. Elə bu səbəbdəndir ki, bu MMC-nin adı daha çox Dövlət Sərhəd Xidməti ilə yanaşı çəkilir. Çünki bu ilin yayında sözügedən şirkət DSX-nın “Xüsusi geyimlər, baş geyimləri və hərbi ləvazimatların satın alınması” tenderinin qalibi olub. Buna görə, dövlət xidmətindən 7.2 milyon manat alıb.
Digər qalib “Hermano” MMC isə 5 iyul 2019 -cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 210 min manat təşkil edən şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Xarici Dairəvi, ev məh.2038-də yerləşir. MMC-nin qanuni təmsilçisi Muhammed Demirdir.
Qeyd edək ki, Muhammed Demir Türkiyədə bacarıqlı iş adamlarından biri sayılır. Lakin onun Türkiyədəki fəaliyyətinin tekstillə heç bir əlaqəsi yoxdur. Belə ki, açıq mənbələrdə Muhammet Demir mədənçilik sektorunun aprıcı şəxslərindən biri sayılır. Hətta keçən il Mədənçilik Sektoruna Yatırım Mükafatına sahib olub.

Xəbəri paylaş