Bu qədər ziyanlı BİZON-un ölkəmizdə istehsalına ehtiyac varmı?
7-08-2023, 11:17 637 dəfə baxılıb
Əyalətmedia.az Mediatv.az-a istinadən xəbər verir ki,05.08.2018-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib.Agentlikdən əlavə edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir". Daimi olaraq energetik içkilərdən istifadə ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub.Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Artıq Avropa ölkələrində, hətta yaxın qonşumuz Rusiyada energetik içkilər qadağan olunub.
Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Bu şirkətin sahibi Ceyhun Abbasovdur.Əyalətmedia.az Mediatv.az -a istinadən bildirir ki, bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, alkoqolsuz sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən istifadə etməyin insan orqanizmi üçün zərərli olduğunu bildirdiyi bir halda, BİZON-un reklamına kim bu qədər şərait yaradır?Ceyhun Abbasov milyonlar qazandığı bir halda,millətimizin genefonduna ciddi ziyan vurulur,insanlarda asılılıq və müxtəlif xəsdəliklər yaradılır.Dünyanın bir hissəsi olan Azərbaycanda bu qədər ziyanlı içkinin istehsalına nə ehtiyac vardır?
Mövzunu davam etdirəcəyik..

Xəbəri paylaş