"Bona Dea"nın müqaviləsində deyilir ki, peyvəndi vururuq, amma uşağa nəsə olsa, bizlik deyil"

 
25-12-2024, 12:52            92 dəfə baxılıb
"Bona Dea" Hospitala uşağa peyvənd vurdurmaq üçün gedirsən, peyvəndin qiyməti 250-300 manatdan başlayır. Minimum 2 peyvəndin qiyməti 500-600 manatdır. İndi deyək ki, yaxşı yerdir və ya peyvəndi yaxşıdır, vurduraq. Və gəlir sürpriz müqavilə. Müqavilədə deyilir ki, mən əslində sənə peyvəndi satıram, amma peyvənddən uşağa nəsə olsa, mənlik deyil, heç bir məsuliyyət daşımıram. İstəsən, 20-30 dəqiqə buralarda gəz, nəsə olsa, baxarıq, sonradan nə olsa, yenə mənlik deyil. Niyə “peyvənd vurur” yox, “satır” yazdım? Çünki şirkət vurmağa və satmağa görə məsuliyyət daşımır. Deyirsən ki, yaxşı, sənin heç bir məsuliyyətin yoxdur, həmişəki kimi, pulu siz qazanıb, amma pasiyenti günahkar çıxarmaq istəyirsiniz. Bəs heç olmasa bu peyvəndi haradan almısan, onu göstərə bilərsənmi? Deyir ki, yox. Yəni adam Sədərəkdən peyvənd ala bilər, ya çöldən tapa bilər, Çinə sifariş verə və bunu vura bilər, amma məsuliyyət sənindir”. 
 
Pravda.az xəbər verir ki, bu barədə politoloq Turab Rzayev deyib. 
Turab Rzayev Hindistanda bu qədər pula görə saxlanıldı
“Peyvəndin saxlanma şəraitinə əməl olunurmu, düzgün saxlanılırmı, ona kim məsuliyyət daşıyır, bunları görə bilərikmi? Deyir ki, yox. Amma məsuliyyət yenə sənindir. Deməli, 600 manata peyvənd satır, haradan və necə alındığını, saxlama şəraitini və s. sənə demir, ancaq özü bilir. Sənə də məcburi müqavilə imzalatdırır ki, uşağa nəsə olsa, sənlikdir. Belə dərəbəylik olar? Yəni “Bona Dea” aldığı, saxladığı və vurduğu peyvəndə əmin deyilsə, biz necə uşaqları onlara etibar edə bilərik?! Özü də peyvəndi onlar vurduqları halda, bütün məsuliyyəti biz niyə üzərimizə götürək? Təsəvvür edin, restorana gedirsən, deyir ki, mən sənə yemək satıram, amma zəhərlənsən, nəsə olsa, mənlik deyil. Ya da avtomobil alırsan, deyir maşın getməsə, tormoz tutmasa, mühərrik işləməsə, mənlik deyil. Belə bir şey necə mümkün ola bilər axı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, bu, ümumiyyətlə, qanunidirmi? Əgər qanunidirsə, onda niyə mənə vurduğunu və bütün məsuliyyəti mənə yüklədiyi peyvəndin hardan alındığını, nə vaxt alındığını, saxlama şəraitini, nə qədər saxlandığını göstərmir? Ümumiyyətlə, tibb müəssisinin vurduğu peyvəndə mən niyə cavabdeh olmalıyam? Bunun hüquqi əsası nədir? “Bona Dea”nın, ümumiyyətlə, peyvənd etmək ixtiyarı varmı? Belə bir lisenziyası mövcuddurmu? Əgər tələb olunursa... Saxlanma şəraiti ilə bağlı görünən budur ki, “peyvənd otağı” dedikləri çox kiçik bir yerə “Redbull” soyuducusu qoyublar, peyvəndi oradan götürüb vururlar. Bu peyvənd o “Redbull” soyuducuya nə vaxt gəlib, nə qədər orada qalıb, ora hardan gəlib, hansı şəraitdə gəlib və ora gələnə qədər harada, nə qədər, hansı şəraitdə saxlanılıb? Heç bir məlumat yoxdur...”, - o bildirib. 
 




Xəbəri paylaş


 
 


Xəbər lenti