Sahib Ələkbərovun Rüstəm Usubovu həbs etməməsinin ilginc sirri
5-07-2022, 11:27 101 dəfə baxılıb
9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, MTN-in keçmiş əməkdaşları - Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Cinayət işi üzrə 36 zərərçəkən şəxs və 20 milyon manatdan artıq zərər var.
Son proseslərindən birində iş üzrə təqsirləndirilən şəxs Sahib Ələkbərov uzun illər baş prokurorun 1-ci müavini olmuş Rüstəm Usubovun məhkəməyə dəvət edilərək şahid qismində dindirilməsini tələb edib. Sahib Ələkbərov vaxtilə MTN-də Rüstəm Usubovu Hacı Məmmədovun cinayətkar bandası barədə məlumat vermiş Rəna Nəsibovanın qətli ilə bağlı dindirdiyini qabardıb, o zaman Rüstəm Usubovu həbs etmədiyi üçün peşman olduğunu bildirib.
“Yeni Müsavat”ın ötən saylarında Sahib Ələkbərov tərəfindən Rüstəm Usubovun 2005-ci ildə şahid qismində dindirilməsi protokolunu dərc etmişdik. Həmin protokoldan belə aydın olurdu ki, Rəna Nəsibova Hacı Məmmədovun killer dəstəsi ifşa olunmazdan 2 il əvvəl Rüstəm Usubovla görüşüb. O zaman Rüstəm Usubov Baş Prokurorluqda Prokurorluq Orqanlarına Nəzarət İdarəsinin rəisi olub. Birbaşa baş prokuror Zakir Qaralovun tabeçiliyində olub.
Baş kriminalist öldürüldü, Zakir Qaralovla Rüstəm Usubov Hacı Məmmədovu 2 il həbs etmədi!
Azərbaycanın tanınmış vəkili olmuş mərhum Adil İsmayılov 2019-cu ildə bu cinayətlər haqda özünün facebook səhifəsində bir neçə status paylaşıb.
Bu gün də aktuallığını saxlayan həmin statusları təqdim edirik:
- İş belə gətirdi ki, mən 2005-ci ildə Hacı Məmmədovun işi ilə əlaqədar həbs edilmiş DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi general Zakir Nəsirovun vəkili oldum. Yəqin bu barədə ətraflı növbəti yazılarımda oxuya biləcəksiniz. Hacının işi üzrə istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olarkən ilginc mənzərə ilə rastlaşdım. Məlum oldu ki, Rövşən Əliyevin Hacı Məmmədovun başçılıq etdiyi dəstə tərəfindən qətlə yetirilməsini Respublika Prokurorluğun rəhbərliyi 2003-cü ildən bilirmiş.
Baş prokuror nəinki bu ifadə ətrafında istintaq aparmamış, qanunları kobud şəkildə pozaraq...
Belə ki, 2003-cü ilin avqust ayının 11-də Nəsibova Rəna Yusif qızı adlı bir qadın əvvəllər prokurorluqda işləmiş tanışı ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna gələrək həmin tanışının vasitəsilə Rövşən Əliyevin ölüm işini aparan Rüstəm Usubovun və baş prokuror Zakir Qaralovun qəbuluna düşür. Rəna Nəsibova baş prokurora danışır ki, o, milliyyətcə çeçen olan Abdulvahabov Ruslan adlı bir şəxslə görüşür. Abdulvahabovun sözlərindən ona məlum olub ki, sonuncu daxil olduğu cinayətkar dəstənin tərkibində bir sıra ağır cinayətlər, o cümlədən adam oğurluqları və qətllər törətmişdir. Nəsibova bu dəstənin başında Daxili İşlər Nazirliyinin polkovnik rütbəli əməkdaşı Hacı adlı şəxsin durmasını, prokuror-kriminalist Rövşən Əliyevi də həmin dəstənin üzvlərinin qətlə yetirməsini və hazırda bir nəfər milliyyətcə yəhudi olan şəxsi oğurlamağı və yaxınlarından külli miqdarda pul almağı planlaşdırdıqlarını da prokurorluqda danışır. Dediklərinin həqiqət olmasına inandırmaq üçün prokurorluğun əməkdaşlarına Hacının “Malakan bağı” deyilən ərazidə yerləşən evini də göstərir. Normal məntiqlə mərhum əməkdaşlarını qətlə yetirənlər barəsində bu cür ətraflı məlumat alan baş prokuror (Zakir Qaralov - E.M.) dərhal bu qiymətli şahidi dindirməli, onun təhlükəsizliyini təmin etməli, danışdıqlarını rəsmiləşdirməli və istintaq yolu ilə yoxlamalı idi. Baş prokuror nəinki bu ifadə ətrafında istintaq aparmamış, qanunları kobud şəkildə pozaraq Nəsibovanın baş vermiş və hazırlanan cinayətlər barəsində verdiyi məlumatları rəsmiləşdirməyə belə ehtiyac görməmişdi.
Rəna Nəsibova prokurorluğa məlumat verdikdən bir müddət sonra, 2004-cü ilin iyun ayının 17-də işlədiyi “Knauf” firmasının ofisində qətlə yetirilmişdi. Nəsibovanın, ümumiyyətlə, narkotik vasitələrdən istifadə etməməsi məlum olsa da, onun ölümünün guya yüksək dozada narkotik vasitələr qəbul etməsi səbəbindən baş verməsi barədə ekspertiza rəyi alınmış, onun ölümü faktı üzrə heç bir istintaq aparılmamış, bir aydan sonra 17 iyul 2004-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdi. 2005-ci ilin mart ayında Hacı Məmmədov həbs edildikdən sonra həmin qərar ləğv edilmiş, istintaq Rəna Nəsibovanın qəsdən öldürülməsini sübuta yetirərək bu iş üzrə Novruz Nuriyevi məsuliyyətə cəlb edib məhkəməyə vermişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Novruz Nuriyevə 12 il azadlıqdan məhrumetmə cəzası verdi, Bakı Apelyasiya Məhkəməsi isə məhkum olunmuş şəxslərdən yalnız onun cəzasını azaltdı.
Rəna Nəsibovaya Hacının bandası barədə məlumatları verən çeçen də yoxa çıx(arıl)ıb!!!
Yeri gəlmişkən, Ruslan Abdulvahabovun harada olması, sağ olub-olmaması bu günə kimi də məlum deyil...
Mərhum Adil İsmayılovun digər statusu “Rövşən Əliyevin qətli, Hacı Məmmədovla ikinci görüşüm” adlanır.
Həmin statusunda mərhum vəkil yazır:
- 2002-ci ilin mart ayının 13-də Rövşən Əliyev Respublika Prokurorluğundan təxminən 150-200 metr məsafədə, Nizami küçəsi 12-də yerləşən binanın qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirildi. Biz Rövşənlə eyni dövrdə universitetdə oxumuşduq, hər ikimiz təyinatla prokurorluğa gəlmişdik və yaxın dost idik. Mən onu prokurorluğun tarixində ən bacarıqlı prokuror-kriminalist kimi tanımışam. Rövşən Azərbaycanın ilk hərbi prokuroru kimi də tarixə düşüb. Hadisə barədə xəbər tutan kimi onun həyat yoldaşı İradə xanım mənə zəng etdi, dedi ki, Rövşəni öldürüblər və meyitini “morq”a aparıblar. Mən dərhal ora getdim. Orada məhkəmə-tibb eksperti ilə görüşdüm və bəzi məlumatlar öyrəndim. Bir, ya iki gün sonra İradə xanımla zəngləşib evlərinə getdim.
Onunla bir xeyli söhbət etdik, şübhələndiyi birinin olub-olmadığını xəbər aldım, o, konkret bir şey deyə bilmədi. Soruşdum ki, Rövşənin ölümündə Hacı Məmmədovdan şübhələnirmi, buna da mənfi cavab verdi. Məndə bu şübhənin haradan yaranması barədə ona izah etdim. Bilirdim ki, son zamanlar Rövşən adam oğurluqları ilə bağlı cinayət işlərini araşdırmaqla məşğuldur. Hətta Rövşənin xahişi ilə onu bu işlərdə zərərçəkmiş şəxslərdən biri Ulvan Bağırovla da görüşdürmüşdüm, mənim yanımda onunla söhbət etdilər.
Bu işlərin arasında polis podpolkovniki Azər İsmayılovun 2000-ci ildə xəbərsiz itgin düşməsi işi də var idi. Mənimlə söhbətində Rövşən Azər İsmayılovun namus məsələsinə görə Hacı Məmmədov tərəfindən öldürülməsindən şübhələndiyini demişdi. Rövşənin ölümü barədə ilkin öyrəndiyim məlumatlardan biri də o idi ki, ölümündən bir gün əvvəl Hacı Məmmədovun sahibi olduğu “Qarabulaq” istirahət mərkəzində olub, ekspertin deməsinə görə, Rövşənin bədənində odlu silahla yetirilmiş xəsarətlərdən başqa, sıyrıqlar da aşkar edilmişdi və bunların hadisədən əvvəlki günə aid olması fərz edilirdi. Məhz bunlara görə məndə Hacının Rövşənin ölümündə iştirak edə biləcəyi şübhəsi yaranmışdı.
Mən İradə xanımdan Rövşənin Hacı Məmmədovla birgə şəkillərinin olub-olmadığını soruşdum, o, mənə Rövşənin iki şəklini və bloknotunu verdi, həmin şəkillər indi də məndədir. Bu görüşdən sonra mən Respublika Prokurorluğuna getdim və Rövşən Əliyevin qətlə yetirilməsi ilə əlaqədar yaradılmış əməliyyat-istintaq qrupunun rəhbəri Rüstəm Usubovla görüşdüm. O vaxt Usubov idarə rəisi idi, hazırda baş prokurorun birinci müavinidir. Mən Usubova Rövşən Əliyevin ölümündə Hacı Məmmədovun iştirak etməsi versiyasının olub-olmadığını soruşdum.
Usubov dedi ki, onların da bəzi şübhələri var və bunu yoxlayacaqlar. Usubovla görüşümüzdən iki gün sonra mənim iş yerimə bir vəkil gəldi, o, indi də kollegiyanın, həm də intizam komissiyasının üzvüdür. Vəkil mənə dedi ki, onu məndən incidiyi üçün Hacı göndərib, çünki mən prokurorluğa Rövşəni Hacının öldürməsini demişəm. Doğrusu, o vaxt mən buna xüsusi əhəmiyyət vermədim və prokurorluğa Hacının Rövşəni öldürməsini yox, bu işdə şübhəli ola biləcəyini dediyimi təsdiq etməklə kifayətləndim.
Bir neçə gün sonra həkim dostumla Rövşənin cümə axşamı mərasiminə getdik, dostum Rövşəni mənə görə tanımışdı və hüzrə onu da aparmağımı xahiş etmişdi. Məclisdə Hacı Məmmədov gəlib stolda bizimlə üzbəüz oturdu, oradan-buradan söz salıb, sonda dedi ki, Adil İsmayılov “pivzavod”un direktorunun ölüm işindən aldığı pulları ömrünün axırına kimi xərcləsə qurtarmaz. Onun danışığı dostuma xoş gəlmədi, çıxanda soruşdu ki, bu adam niyə belə danışır.
“Bu, Rövşənin yas məclisində bizim qabağımızda oturan Hacıdır, nə yaxşı səni qətlə yetirməyib?”
Mən ona Hacı barədə prokurorluğa dediklərimi söylədim. 2005-ci ildə Hacı həbs edildikdən sonra onu televiziyada görən dostum çox həyəcanlanmış vəziyyətdə mənim yanıma gəlib soruşdu ki, bu, Rövşənin yas məclisində bizim qabağımızda oturan Hacıdır, nə yaxşı səni qətlə yetirməyib...
Mərhum vəkilin statuslarından da görünür ki, vaxtilə MTN-in xüsusilə mühüm işlər üzrə müstəntiqi olan Sahib Ələkbərov Rüstəm Usubovun adını Rəna Nəsibovanın qətl işi kontekstində səbəbsiz hallandırmır. Rüstəm Usubovun baş prokurorun 1-ci müavini olaraq hansı işlərdə rol almasını qabartmaqla MTN-də 10 il ərzində baş verənlərə güzgü tutmağa çalışır. Sahib Ələkbərovun məqsədi özünü xilas etmək olsa da, bu məsələlər araşdırılmalıdır.
“Yeni Müsavat”
0

Xəbəri paylaş