AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO

 
Bu gün, 11:01           
Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Y.H.Məmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu bitkilərin boy stimullaşdırıcı maddələrinin alınması ilə bağlı tenderə yekun vurub.
32gun.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Tələt" firması seçilib və tərəflər arasında 351 640 AZN məbləğində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində elmi-tədqiqat, təcrübə-sınaq işlərinin aparılması və sınaq partiyalarının tədarükü nəzərdə tutulur.
Nizamnamə kapitalı 10 manat olan və Rüstəmov Rafiq Mehman oğlunun rəhbərlik etdiyi firmanın hazırda 1 462,44 manat vergi borcu olduğu məlum olub. Hazırda layihə üzrə tədqiqat işlərinin icrasına başlanılması gözlənilir.









Xəbəri paylaş


 
 


Xəbər lenti