Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü
Bu gün, 11:40
“Robert Köçəryanın qonşu ölkələrə qarşı ərazi iddiaları müharibəyə səbəb ola bilər”.Bunu erməni siyasi şərhçi Harutyun Mkrtçyan deyib.
“Radikal müxalifət cəmiyyətin qulaqlarını informasiya zibilliyi ilə doldurur. Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonun buradakı alətləri hibrid müharibənin birbaşa icraçılarına çevriliblər. Amma Ermənistan vətəndaşı iyunun 7-də rusiyapərəst qüvvələrin ağzının dadını qaçıracaq. Hər bir vətəndaş öz səsinin dəyərini bilməlidir”, – o qeyd edib.
Ekspertin fikrincə, Robert Köçəryanın Ermənistan vətəndaşlarına qarşı şəxsi qisas hissi var, rusiyalı oliqarx Samvel Karapetyan isə Ermənistanı ucuz alıb, baha satmaq istəyir: “Bu, alverçi psixologiyasıdır. Bir balon qazla Ermənistanın müstəqilliyini və suverenliyini, ləyaqətimizi almaq istəyirlər. Bu Rusiya zibilləri ilə gələcək yoxdur”.
Mkrtçyanın sözlərinə görə, Ermənistan ərazisinin 29, 743 min kvadrat kilometr olduğunu anlamayan şəxs cahildir, xalqın başına fəlakət, müharibə gətirmək istəyir: “Onlar insanları divar önünə düzüb güllələmək, qisas almaq istəyirlər”.
Robert Köçəryan və Serj Sərkisyan siam əkizləri kimidir, heç nə dəyişməyib, aralarında heç bir fikir ayrılığı yoxdur. Oyun oynayırlar, nağıl danışırlar, insanları aldatmağa çalışırlar”.
Robert Köçəryan bundan əvvəl iddia etmişdi ki, Ermənistan böyük diaspora malik ölkədir, 29, 743 min kvadrat kilometrlik ərazisi ilə məhdudlaşmamalıdır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək./teleqraf.az
Xəbəri paylaş



























