Ukrayna Ticarət Evi cərimələnir

 
Bu gün, 11:24            84 dəfə baxılıb
"Ukrayna Ticarət Evi" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
 
İş Xaçmaz Rayon Məhkəməsinin hakimi Vüsalə Qasımovanın icraatındadır.
 
Qeyd: MMC-nin qanuni təmsilçisi Fuad Rövşən oğlu Məhərrəmovdur.



Xəbəri paylaş


 
 


Xəbər lenti