Büdcə pullarımızın yeni ünvanı: VANUATU...

 
6-11-2024, 11:21            133 dəfə baxılıb
"Bu gün öyrənmişəm ki, dünyada Vanuatu adında bir ada dövlət varmış, Orxan Nəsibov adlı bir həmyerlimiz gedib oranın vətəndaşlığını alıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Orxan Nəsibovun çirkli pulların - Azərbaycanın dövlət büdcəsindən ayrı-ayrı məmurlar tərəfrindən oğrulanmış vəsaitin yuyulmasında iştirakçı ola biləcəyinə ehtimal edən Cavanşir Həsənli daha sonra əlavə edir: "Orxan Nəsibov Azərbaycanda, İngiltərədə, ABŞ-da və Türkiyədə onlayn bank xidməti (pul köçürmələri) həyata keçirən şirkətlər yaradıb.

Britaniyadakı şirkətinin aktivləri 14,5 milyon funt-sterlinq dəyərindədir.

Diasporla İş üzrə Dövlət Komitəmiz məlumat yayıb ki, həmyerlimizin qardaşına (Elxan Nəsibov) Britaniya paytaxtının “Freedom of the City of London” mükafatı verilib".

"DİA-AZ" qeyd edir ki, elə dünən bu barədə məlumat paylaşılıb. Həmin məlumatı təqdim edirik:

"Londonda yaşayan soydaşımız, “Guavapay” şirkətinin direktoru və komplayns üzrə baş inzibatçı Elxan Nəsibov Londonda yüksək dərəcəli “Freedom of the City of London” fəxri adına layiq görülüb.

Fəxri adın təqdimetmə mərasimində London şəhərinin lord meri Alastair Kinq iştirak edib, bu mükafatın əhəmiyyətini bir daha vurğulayıb.

"Freedom of the City of London" ən qədim və ən prestijli fəxri adlardan biridir. 1237-ci ildən başlayaraq hər il müxtəlif sahələr üzrə öz fəaliyyətində əhəmiyyətli nailiyyətlər qazanmış insanlara təqdim edilir. Bu fəxri adla təltif olunanlar sırasında II Elizabet, Uinston Çörçill, Nelson Mandela, Tim Berners-Li, Stiven Hokinq kimi tanınmış və nüfuzlu şəxslərin adlarını çəkmək olar".

Yəni göründüyü kimi Nəsibov qardaşları heç də təsadüfi adamlar deyillər...








Xəbəri paylaş


 
 


Xəbər lenti