9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
6-11-2024, 11:26 128 dəfə baxılıb
Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev 24 ünvanında yerləşən və həm də Şəhid
Emin Quliyevin adına Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 saylı xüsusi
İnternat məktəbindən şikayətçi olan, adının çəkilməsini istəməyən şəxs SəhərMedia
xəbər portalının redaksiyasına müraciət edərək bildirib ki, cari ilin avqust-sentyabr
ayları ərəfəsində nəvəsini əqli və nitq qüsurlu olduğuna görə sözügedən 9 saylı
internat məktəbinə təhsildən geri qalmaması üçün yerləşdirmək istəyib və bunun
üçün də müraciət edib. Şikayətçinin iddialarına görə məktəbin direktoru Əsgərova
Afaqət xanım ilə görüşsə də, direktor aralarında yaranan "səmimi" dialoqdan sonra
valideyni məktəbin Mahirə adlı müəllimi ilə əlaqələndirib. Nəticədə məktəbin
müəllimi Mahirə xanım uşağın nənəsindən uşağın bu internat məktəbinə daxil olması
üçün müəyyən sənədləri və arasında 500-700 manat pul vəsaitini gətirməsini tapşırıb.
Şikayətçinin bildirdiyinə görə sonradan 500 manata razılaşsalar da, danışdıqları tarixə
qədər pulun yalnız 400 manatını toplaya bilmişdir. İnternatın müəllimi isə bu məbləği
görəndən sonra uşağın internata qəbul olma prosesini əngəlləmişdir. Şikayətçi iddia
edir ki, uşağın adı əvvəlcə portalda çıxırdı, sonradan tələb olunan məbləğ internat
məktəbinə verilmədiyi üçün uşağın adı portaldan silinib.
Qarşı tərəfin məsələ ilə bağlı mövqeyini öyrənmək üçün 9 saylı xüsusi İnternat
məktəbi ilə əlaqə yaratmağa çalışdıq. Bizə bildirdilər ki: Direktor Afaqət xanım
məzuniyyətdədir. Onun əvəzinə hazırda direktorun səlahiyyətini icra edən Vaqif
müəllim açıqlama verdi. Açıqlamada qeyd olunur:
"9 SAYLI XÜSUSİ İNTERNAT MƏKTƏBİNƏ DAXİL OLMA SİSTEMLİ VƏ DÖVLƏT
PROQRAMI ŞƏKLİNDƏDİR. BİZDƏ QƏBUL TİBBİ VƏ PEDAQOJİ RƏY ƏSASINDA
OLUR. ƏGƏR QEYD ETDİYİNİZ UŞAQ HƏMƏN ƏRƏFƏDƏ BİZİM İNTERNAT
MƏKTƏBİNƏ QƏBUL OLUNMAYIBSA, YƏQİN SİNİFDƏ ŞAGİRD SAYI
TAMAMLANIB".
SƏHƏR MEDİA

Xəbəri paylaş