Xankəndidə keçrilən möhtəşəm Qələbə paradı

 
5-11-2024, 11:29            60 dəfə baxılıb
Azərbaycan xalqı tarixin bütün dönəmlərində böyük uğurlara, tarixi nailiyyətlərə müvəffəq olmağı bacaran istedadlı və fədakar xalqdır. Bu xalqın tərcümeyi-halı möhtəşəm tarixi hadisələrlə olduqca zəngindir. Yaşı sivilizasiyanın yaşı ilə ölçülən xalqımız həmişə həyatın və cəmiyyətin bütün sahələrini mükəmməl şəkildə inkişaf etdirərək bəşətiyyətin intibahına mühüm töhfələr vermişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, siyasət, hərb və digər sahələrdə misilsiz işlər görmüş Azərbaycan xalqının şan-şöhrəti bütün dünyanı hər zaman valeh etmişdir. Bu baxımdan Azərbaycan tarixinin ən yeni mərhələsi, xüsusən də son 30 ili xüsusi məna və mahiyyət daşıyır. Belə ki, bu mərhələ xalqımızın taleyində silinməz iz buraxmış və sonrakı tariximiz üçün vacib əsaslar formalaşdırmışdır.
Müstəqil Azərbaycanın əlamətdar hadisələrlə dolu olan son 30 illik tarixini müxtəlif istiqamətlərdən təhlil etsək, aydın şəkildə görə bilərik ki, bu 30 il həm bu günümüz, həm də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir. Bu 30 ildə Azərbaycan xalqı çox çətin, ziddiyyətli və keşməkeşli yollardan keçmişdir. Biz bu 30 ildə bir millət, bir ölkə olaraq həm itirdik, həm qazandıq, həm kədərləndik, həm sevindik, həm udduq, həm uduzduq, həm yıxdıq, həm yıxıldıq. Lakin heç vaxt inamımızı, ümidimizi, qürurumuzu, insanlığımızı və imanımızı itirmədik, əksinə, şərəf və ləyaqətimizlə, vicdan və qeyrətimizlə, namus və ismətimizlə, mədəni və mənəvi dəyərlərimizlə bütün dünyaya gözəl nümunə, yaxşı bir örnək olduq. Bu 30 il Qarabağsız və Qarabağlı tarixdir. Bu 30 il bütün müqəddəs torpaqlarımıza böyük qayıdış tarixidir. Bu 30 il mənfur düşməni məğlub etdiyimiz, dəmir yumruqla yadellilərin başını yardığımız tarixdir. Bu 30 il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi qüdrətli və dahi bir liderin müqəddəs zirvələr fəth etdiyi şanlı və şərəfli bir tarixdir.
Zəfər bayramı sadəcə Vətən müharibəsinin rəmzi deyil, bütövlükdə 1920-ci idən başlayan 2020-ci ilin noyabrın 9-a qədər Azərbaycanın müstəqilliyinin bərpa etmək uğrunda apardığı mücadilənin qələbəsidir. Yüzillik qələbənin paradının Xankəndidə keçrilməsi möhtəşəm bir hadisədir.
Bu gün Azərbaycan öz müstəqilliyini tam təmin edib. Bundan sonra Azərbaycanın qarşısında duran əsas vəzifə dünya ilə əməkdaşlığı genişləndirməkdir. Həmçinin əsas vəzifəmiz xalqın rifah halını yüksəltməkdir. Sülh və sabitliyin təmin olunması üçün bütün region ölkələri müştərək işləməlidir. Ancaq reallıq onu göstərir ki, Ermənistan sülhə hazır deyil.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü, milli suverenliyini bərpa etmiş qalib bir dövlətdir. Dövlətimizin möhtəşəm bayrağı işğaldan azad edilmiş qədim yaşayış yerlərimizin uca səmalarında dalğalanır. Şuşada, Xankəndində və digər torpaqlarımızda rəşadətli Azərbaycan ordusunun zəfər paradları keçirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qədim Qarabağdan bütün dünyaya sülh bəsəadətdiləyir. Məkanı cənnət olan müqəddəs şəhidlərimizin ruhları Azərbaycan xalqını Qərbi Azərbaycana səsləyir. Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin bizə əmanət etdiyi azad, müstəqil, demokratik, hüquqi, dünyəvi və suveren Azərbaycan Respublikası bu gün bütün dünyaya işıq, nur, şölə saçır. Yolumuz isə, tarixən olduğu kimi, haqq-ədalət, zəfər yoludur!


Türkan Cümşüdova – YAP üzvü



Xəbəri paylaş


 
 


Xəbər lenti