Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili - ÖZBAŞINALIQ



Apardığımız araşdırmalardanməlum oldu ki, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun ərazisində aparılan qanunsuz bina tikintisini işbazlara həvalə edən vəzifə sahibləri Səhiyyə Nazirliyinin aparat rəhbəri Tural Babayev və İnstitutun publik hüquqi şəxsi Mətanət Əfəndiyevadır. Araşdırmalar zamanı o da bəlli olub ki, Mətanət Əfəndiyeva İnstituta direktor gətiriləndən sonra, rəhbərlik etdiyi bir il ərzində İnstitutda bir nəfər də olsun elmi dərəcəsi olan şəxslər qalmayıb. Hal-hazırda xəstəxana Fövqəladə Hallar Nazirliyinin siyahısında qəzalı bina kimi göstərilməsinə baxmayaraq, xəstələrin qəbulu davam etdirilir. Etibarlı mənbənin məlumatına görə, xəstələrə müalicə məqsədilə təyin olunan dərman preparatları və şprislər pul ilə satılır. Baxmayaraq ki, müalicə məqsədilə qəbul olunan xəstələrə pul ilə deyil, Tibbi Sığorta hesabına qarşılanmalıdır. Təəssüflər olsun ki, direktor gələndən hər şey pulludur. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun yeməkxanasında bişirilən yeməklər Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən 6 xəstəxananın xəstələrinin yeməyini təmin edir və yeməklər xəstələrin xəstəliyinə uyğun əvvəlcədən tutulmuş menyu əsasında bişirilməlidir. Lakin xəstəxananın yeməkxanasında qaydalara riayət olunmur və yeməklər necə gəldi bişirilib paylanılır.
Qeyd edək ki Mətanət Əfəndiyeva tibb elmi ictimaiyyətində Rusiya alimi kimi tanınır. Bütün elmi dərəcələrini, professor adını da Rusiyada alıb. Onun elmi tədqiqatlarının nəticələri, ixtiraları Moskvanın və Rusiyanın digər şəhərlərinin müalicə-profilaktika müəssisələrində tətbiq olunub. Ancaq görünən odur ki, Mətanət xanımın öz vətənində tətbiq etdikləri heç də elmin və tibbin inkişafına xidmət etmir. Yəqin, onu idarəetmə işində saxlayan havadarlarının da arxası Rusiyaya bağlıdır.
GundemXeber.Az
Xəbəri paylaş