İnnovasiya və Təhcizat Mərkəzindən daha bir milyonluq tender: Kamil Quliyevlə müqavilə bağlandı



Belə ki, sözügedən qurum Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində tibbi təyinatlı avadanlıq və ləvazimatların satın alınmasına 2.051.017 manat pul xərcləyəcək.
Bununla əlaqədar “VİTTA ELMİ-TEXNİKİ” MMC ilə satınalma müqaviləsi imzalanıb.
“VITTA elmi-texniki” şirkəti 1991-ci ilin may ayında təsis edilib və Azərbaycanda ixtisaslaşmış informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı məqsədilə yaradılmış ilk peşəkar şirkət hesab olunur. Şirkətin rəhbəri isə Kamil Quliyevdir.
Xəbəri paylaş