Binəqədi rayonunda qanunsuz tikintiyə kim icazə verib?-FOTOLAR

 
Dünən, 21:43            88 dəfə baxılıb
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.Mediatv.az xəbər verir ki, qanunsuz tikintilərdən biri də Binəqədi rayonu ərazisində həyata keçrilir.
Tribunainfo.az-ın yaydığı məlumata görə sözügedən tikintiyə 2024-cü ilin noyabr ayında başlanılıb. Elçin adlı şəxs tərəfindən aparılan tikinti zamanı həmin ərazidə tikinti altına düşən 4 ədəd şam və sərv ağacları kəsilərək məhv edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya İdarəsi tərəfindən akt tərtib olunub.Daha sonra dekabr ayının sonlarında tikintini aparan şəxs obyektin 2-ci mərtəbəsini tikmək məqsədilə yenidən 4 ədəd şam ağacını kəsib.Bakı şəhər İcra Hakimiyyətinin sözügedən tikintiyə müdaxiləsi zamanı tikintiyə və torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədin olmadığı, özbaşına aparılan qanunsuz tikintinin yerləşdiyi torpaq sahəsinin zəbt edilməsi müəyyən edilib.
    Bundan sonra qarşıya müəyyən suallar çıxır.Aydın məsələdir ki,respublikamızda aparılan tikintilərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi,Rayon İcra Hakimiyyəti və onun aidiyyatı qurumları,Bakı şəhər icra hakimiyyəti və onun müvafiq qurumları və.s nəzarət edir.Necə ola bilər ki Elçin adlı şəxs qanunsuz olaraq torpaq zəbt edir, heç bir icazə sənədi olmadan tikinti aparır,amma yuxarıda adları sadalanan təşkilatların heç birinin xəbəri olmur?4 ədəd şam və sərv ağacları kəsdiyinə görə 11 saylı Ekologiya İdarəsi tərəfindən böyük mələgdə cərimələnməsinə baxmayaraq,obyektin 2-ci mərtəbəsini tikmək məqsədilə yenidən 4 ədəd şam ağacını kəsib.Hər hansı bir şəxs, əlində müvafiq sənədlər olmasına baxmayaraq tikinti apararsa bütün qurumlar gəlir və "sənədlərlə tanış olur".Torpağın zəbt olunmasını,tikintiyə aid heç bir icazə sənədinin olmamasını aidiyyatı qurumlardan heç birinin askarlamaması özü-özlüyündə müəyyən şübhələrə yol açır...
 Mediatv.az
  







Xəbəri paylaş


 
 


Xəbər lenti