“Avrora Group”un vergi borcu üzə çıxdı – Foto



Tribunainfo.az xəbər verir ki, şirkətin 5.186 manat dövlətə vergi borcu var.
Xatırladaq ki, “Avrora Group”un qanuni təmsilçisi Samir Əliyev, baş direktoru isə Ceyhun Yusubovdur.
“Avrora Group” şirkəti beynəlxalq şirkətlərin, zavod və fabriklərin partnyorudur. “Avrora Group”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. 2001-ci ildə “Avrora Group” həm də istehsalçı şirkət kimi tanınmağa başlayıb. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki var.
Qarşı tərəfi dinləməyə hazırıq.
Xəbəri paylaş