Zərdabda 30 evin alınmasına 2.3 milyon manat? - Sosial Xidmət Agentliyinin şübhə doğuran tenderi ləğv edildi



Ayalatmedia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin ümumi dəyəri 2 368 800 AZN olub.
Yeri gəlmişkən, mia.az-ın məlumatına görə, Zərdabın mərkəzində 2 və 3 otaqlı normal evlərin qiyməti 30-50 min manatdan baha deyil. Bu hesabla 30 evə hansı əsasla 2.3 milyon manat xərcləmək istəyiblər?
Əlbəttə, bu, əsaslı şübhə yaradır...
Xəbəri paylaş