Yardımlıda təbiət belə məhv edilir: Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikirlər -FOTOFAKT



Yardımlı Masallı magistral yolunun üst hissəsində yerləşən yaşıllıq ərazidə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində minlərlə cavan fidan ağacları vəhşicəsinə məhv olmuşdur. Həmin ərazi texnikalarla vəhşicəsinə qazılaraq orada olan ağaclar məhv olunmuş, ərazidə istirahət mərkəzi nəzərdə tutulmuşdur. Həmin ərazidə çəkilmiş fotoşəkilləri ərizəyə əlavə edirəm.


Yenixeber.org-un elektron poçtunaa daxil olmuş məktubda müəllif belə yazıb. Müəllif dediyi kimi faktların sübutu kimi məqaləsinə fotoşəkilləridə əlavə edib.
Müəllif davam edərək yazır:
Yardımlı Rayon İcra Hakimiyyətinin məmurlarının əməlləri bununla bitmir. Olan rayonunun Viləş çayını demək olar ki, məhv ediblər. Viləş çayının yataqları qazılaraq oradan kamazlarla qrabel, qum çınqıl daşınaraq satılmışdır. Əgər Viləş çayının Yardımlı rayonunun Arus altı adlanan ərazi, Dəryavar kəndinin qarşısı, Avun və Avur kəndlərinin qarşısından keçən hissəsinə baxış keçirsəniz bu ekoloji fəlakətin şahidi olacaqsınız. Onlar bu qazıntı işlərindən minlərlə, bəlkə də milyonlarla qanunsuz yolla vəsait əldə etmişlər. Bu çox dözülməz haldır. 2024- cü ildə Yardımlı rayonunun Horavar, Keçələkaran, Əfçədulan kəndlərinə asfalt örtüyü çəkildiyi zaman qeyri qanuni olaraq Viləş çayının yataqları qazılaraq həmin yolların asfalt örtüyündən əvvəl rahatlanmasına istifadə edildi. Yardımlı rayonunun Əfçədulan, Horavar, Keçələkaran kəndlərinə gedən asfalt yolun Viləş çayından keçən hissəsinə baxış keçirsəniz bu ekoloji fəlakətin şahidi olacaqsınız. Bu qanunsuzluqlardan Yardımlı Rayon İcra Hakimiyyətinin məmurları qanunsuz olaraq külli miqdarda vəsait əldə etmişlər. Bundan başqa Yardımlı rayonunun Viləş çayı zibilliyə məruz qalıb. Demək olar ki, orada çox dözülməz bir hal mövcuddur. Çox xahiş edirəm bu barədə tədbir görülməsinə köməklik edəsiniz. Çox xahiş edirəm Yardımlı rayonunu ekoloji fəlakətdən xilas edilməsinə köməklik edəsiniz.
Məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, sadəcə bizlə əlaqə saxlayacaqlarını deyərək telefonu qapatdılar.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!



Xəbəri paylaş