Diplomsuz, savadsız “uzman-doktor”ların şikəst etdiyi adamlar - çıxış yolu
11-07-2024, 13:07 125 dəfə baxılıb
Son illərdə ölkəmizdə xeyli sayda diplomsuz, yaxud uyğun ixtisas sahibi olmayan “uzman-doktor”lar peyda olub. Onlar sosial şəbəkələrdə reklam olunaraq insanları cəlb edir. Dərd odur ki, bu “uzmanlar” hər il neçə-neçə adamı şikəst edirlər.
“Reo-Med” klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.
Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.
Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb: “Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə, əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan...”
Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş: “Əli Hüseynov da "Reo-Med" klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür, onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur “.
“Anam burnundakı polipə görə girdiyi əməliyyatdan gözündən zədə alaraq çıxıb. Həkim isə bizə "gözləyin, düzələcək", - deyir. Təkrar əməliyyata girməlidir. Həkim yaxın durmur".
Bu şikayətlə “Qafqazinfo”ya paytaxt sakini Ramilə Məmmədova müraciət edib.
Vətəndaş iddia edir ki, anası, Sumqayıt şəhər sakini Nuridə Zülfüqarovanın gözündəki problem həmin əməliyyatdan sonra yaranıb: “Anam astma xəstəsi olduğu üçün burnundakı polip onu çox narahat edirdi, nəfəs almasını çətinləşdirirdi. Buna görə də mayın 29-da anam Sumqayıt şəhərində yerləşən "Liman" klinikasında burun əməliyyatına girdi. Əməliyyatı Əfqan Ağagülov etdi. Əməliyyat bitəndən sonra biz anamın gözündə çəplik yarandığını gördük. Bununla bağlı həkimə bildirdikdə bizə dedi ki, “1 ay gözləyin, düzələcək”. 1 ayın tamamında qəbuluna getdik. Bu dəfə bizə dedi ki, “4-5 ay gözləyin”. Sual verdik ki, bəs 4-5 ay sonra düzəlməsə? Dedi ki, “onda gedərsiniz, əməliyyat etdirərsiniz”. Pulumuz olmadığını, gözdəki problemi o yaratdığı üçün əməliyyatın da xərcini onun çəkməli olduğunu dedikdə isə bizə “Sizə borcum var?!” sözünü dedi".
Bu cür saxta, savadsız həkimlər necə çalışa bilir? Onların əlinə düşməmək üçün nə etmək lazımdır? Özəl klinikalara nəzarət gücləndirilməlidirmi?
Adil Qeybulla: “Bu problemlərlə bağlı müvafiq qurumlarda səhih məlumatlar var və yaxın vaxtlarda araşdırmalar aparılacaq”
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, qeyd olunan məsələ artıq yetişmiş və həllini gözləyən məsələdir: “Təəssüf ki, bu cür şəxslərin böyük əksəriyyəti özəl klinikalarında özlərinə "yuva" tapıblar. Özəl klinikalar ayrı-ayrı adamlar üçün ailə podratına, uğursuz və diplomsuz həkimlərin fəaliyyət meydanına çevrilib. Bu faktdır və bununla bağlı artıq dəfələrlə məsələ qaldırılıb.
Lakin düşünürəm ki, bununla bağlı dövlət qurumu formalaşacaq özəl, eləcə də dövlət sektorunda diplomların həqiqiliyi, həkimlərin öz ixtisaslarına uyğunluğu və sairə məsələlərə aydınlıq gətiriləcək. Düşünürəm ki, tibbi qanunlardan kənara çıxmaq sağlamlığa, eləcə də genefondun sağlamlığına birbaşa təhdiddir və bu işə yol verən hər kəs qanun qarşısında cavab verməlidir.
Ən əsası, ayrı-ayrı həkimlərin reklamları qadağan edilməlidir. Ümumiyyətlə, həkim reklamları dünyada analoqu olmayan biabırçılıqdır. Bu gün demək olar ki, bütün televiziya kanallarında həkim reklamları yayımlanır. Ekranlardan bu cür reklamlar yığışdırılmalıdır.
Hesab edirəm ki, qeyd olunan problemlərlə bağlı müvafiq qurumlarda səhih məlumatlar var və yaxın vaxtlarda araşdırmalar aparılacaq".
Zülfüqar Yusifov: “Bu gün ayrı-ayrı həkimlərin reklam olunması narahatlıq doğuran məsələlərdən biridir”
“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə qeyd edib ki, diplomsuz, savadsız “uzman-doktor” problemi bütün dünya ölkələrində var: “Eləcə də bizim ölkəmizdə bu cür hallara cəhd var. Lakin deyə bilərəm ki, bu proses davamlı olaraq nəzarətdədir. Son zamanlar Səhiyyə Nazirliyinin apardığı tədbirlər nəticəsində bu tipli məsələlərin qarşısı əhəmiyyətli dərəcə alınıb. Çünki davamlı olaraq sertifikasiya imtahanları aparılır və bu imtahanlardan keçə bilməyənlərin işə buraxılması hazırda mümkün deyil. Xatırladım ki, sertifikasiya imtahanları həm tibb bacıları, həm də həkimlər üçün aparılır. Bundan əlavə, xaricdə, xüsusən də postsovet ölkələrində təhsil almış həkimlərin sənədlərinin uyğunlaşdırılması prosedurları həyata keçirilir. Onlar bəzən müxtəlif müddətli kurslardan keçirilir, daha sonra müvafiq imtahanlar verərək, komissiyadan keçirlər. Komissiya tərəfindən onların işə uyğun olduqları müəyyən olunduqda işə qəbul olunurlar”.
Zülfüqar Yusifov qeyd edib ki, elektron səhiyyənin də yaradılması bu işlərə müsbət yön verir: “Belə ki, özəl klinikalarda işə götürmələr zamanı birbaşa Səhiyyə Nazirliyinin portalına işçinin göstəriciləri daxil edilir və burada uyğunsuzuq olduqda onların işə götürülməsi çətinləşir”.
Zülfüqar Yusifov da həkimlərin reklam olunmasının doğru olmadığını vurğulayıb:
“Həkim reklamları bu gün olduqca narahatçılıq doğuran istiqamətlərdən biridir. Məlum olduğu kimi, reklam adətən xidmətin daha çox şişirdilməsinə gətirib çıxarır. Bəzən pasiyent cəlbi üçün həkimlər tərəfindən insanlara tibbin imkanlarından daha yüksək olan vədlər verilir ki, bu da sonradan müalicə prosesində insanların tibbə, həkimlərə olan inamını itirir. Sosial şəbəkələrdə də bununla bağlı olduqca geniş "imkanlar" ortaya çıxıb. Bu gün sosial şəbəkələrdə özünü reklam edən xeyli sayda diplomsuz, savadsız “uzman-doktor”lara rast gəlirik. Hesab edirəm ki, onlara qarşı həm ictimaiyyət, həm də qanunverici orqanlar, səhiyyə qurumları tərəfindən mübarizə davam etməli, müvafiq təlimatların, qayda-qanunların qəbul olunması, doğru şəkildə buna nəzarət mexanizmi davamlı olaraq gücləndirilməlidir".
“Yeni Müsavat”

Xəbəri paylaş